» » Bakıda atəşfəşanlıq olacaq

Bakıda atəşfəşanlıq olacaq

Müəllif: Sevinc Novruzova
//
Tarix: 08 may 2014
//
Bölmə: Sosial
Bakıda atəşfəşanlıq olacaq



Bakıda mayın 10-da ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə atəşfəşanlıq olacaq.

Bakı şəhər İcra Hakimiyyətindən (BŞİH) verilən məlumata görə, müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu ümummilli lider Heydər Əliyevin doğum günü münasibətilə mayın 10-da Heydər Əliyev Sarayının qarşısındakı Heydər Əliyev Parkında Gül bayramı keçiriləcək. Bakı sakinləri həmin bayrama dəvətlidirlər.

Bayram şənlikləri Heydər Əliyev Parkında və Heydər Əliyev Sarayının arxasındakı şəhər mərkəzi parkında saat 11:00-dan başlayacaq.
Bayram saat 21:00-da Milli Parkın ərazisində Saat qülləsinin yanında bayram konserti və möhtəşəm atəşfəşanlıqla davam edəcək.




QafqazPRESS.az
banner125x125 banner125x125