Sumqayıtda körpə ölümlə çarpışır
Valideyn diqqətsizliyi az qala faciə ilə bitəcəkdi.
Sumqayıt şəhərində 2 yaş yarımlıq uşaq binanın 3-cü mərtəbəsindən yıxılıb. Milli.Az xəbər verir ki, hadisə dünən 48-ci məhəllədə baş verib. Süleyman Süleymanlı valideynlərinin gözündən yayınaraq eyvana keçib və oradan yıxılıb. Hazırda xəstəxanaya yerləşdirilən uşağın vəziyyəti ağırdır.
Xəstəxanadan Milli.Az-a bildirildi ki, S.Süleymanlı hazırda reanimasiyadadır. Dünəndən bəri vəziyyətində yaxşılığa doğru heç nə dəyişməyib. Kəllə-beyin travması alan uşaq hazırda komadadır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR