Uşaqlığın zilləti Bakı bulvarında bitəcəkdi - Gənc qızın internat faciəsi
Bakıda gənc qız illərdir davam edən acı həyatına ölümlə son qoymaq istədi. Uşaqlıq illəri internatda keçən gənc həyatla mübarizəyə tab gətirmədi.
Dünən 18 yaşlı Bakı sakini Adilə Nağıyeva özünü bulvarda dənizə atıb. Milli Parkın mühafizəçiləri onu xilas ediblər.
Səbail Rayon Polis İdarəsindən Milli.Az-a bildirildi ki, A.Nağıyevanın özünə qəsd etməsi ehtiyac içində yaşamaqdan bezməsi ilə bağlıdır. Uşaqlığı internat məktəbində keçən qız az öncə həddi-büluğa çatdığına görə oradan xaric edilib. Müstəqil yaşayışı isə ehtiyac içərisində keçib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR