» » 72 yaşlı ağbirçək bir həftədir küçələrdə yaşayır (VİDEO)

72 yaşlı ağbirçək bir həftədir küçələrdə yaşayır (VİDEO)

Müəllif: Sevinc Novruzova
//
Tarix: 17 iyun 2014
//
Bölmə: Sosial





72 yaşlı qadınin taleyinə biganə yanaşanlar tapılıb. Ağbirçək yaşının bu çağında küçələrdə gecələməli olub, ətrafdakıların rəhminə sığınıb.

ANS TV-nin məlumatına görə, 72 yaşlı ağbirçək artıq bir həftədir ki, küçələrdə yaşayır. Dərdinə çarəni tənhalıqda axtaran Ulduz Mahmudova bu günə kimi oğlu və gəlinilə birgə saçlarını ağardıb. Bu günə kimi heç bir problem yaşamadıqlarını deyən müsahibim, artıq o günlərin arxada qaldığına inanır. Ulduz xanımın 2 övladı olub. Qız övladını avtomobil qəzasında itirib. Oğlu isə yataq xəstəsidir. Ağbirçəyin dediyinə görə, gəlini və nəvəsi artıq onlarla yaşamır. Çünki, müsahibim oğlunun Hepatit C xəstəliyinə tutulduğunu bildirir.

Ulduz xanımın qollarının və ayaqlarının yara icində olduğunu görüb onun səbəbini öyrənməyə çalışdıq. Ağbirçək evində yaşayarkən yıxıldığını dedi. Göründüyü kimi zərbə o qədər güclü olub ki, yanağında qançır belə əmələ gəlib. Günlərlə ac qalan ahıl yaşlı qadına ətrafdakı obyekt sahibləri köməklik edir. Hər dəfə ona ərzaq alıb verərək sağ qalması üçün çalışırlar. Ancaq hər halda bu da müvəqqətidir. "Evi niyə tərk etmisiniz?" sualımızdan isə müsahibim yayındı. Amma səbəbi təxmin etmək olardı. Oğluyla olan münasibət. Hərçənd ağbirçək övladıyla münasibətinin yaxşı olmadığını gizlətməyə çalışsa da.

Ümid edirik, yaxın qohumlar bu çarəsiz qadının düşdüyü vəziyyətin şahidi olduqdan sonra ona kömək əllərini əsirgəməyəcəklər. Hər halda hər bir kəs gələcəyini gözünün önünə gətirib ağbirçəyə yaxın getsə, qazanar ki, nəinki itirmiş olar.


QafqazPRESS.az
banner125x125 banner125x125