Azərbaycanlı gəncin bu hərəkəti hamını dəhşətə salır
Turqut İsgəndərov qaş qaralan kimi dəyişir
20 yaşlı gəncin rahatlığı əlindən alınıb. Belə ki, qaş qaralan kimi gənc dəyişir.
O, anası ilə birgə “Adam içində” verilişinə pənah gətirərək onları haqlayan problemə son qoyulmasını istəyib.
ANS TV-nin məlumatına görə, 20 yaşlı Turqut İsgəndərov artıq 3 ildir ki, qaş qaralan vaxtı qeyri-adi hərəkətlər etməyə başlayır. Ənzilə xanım deyir ki, oğlunun belə olmasına səbəb 3 il bundan əvvəl gördüyü yuxu olub. Yuxunun təsirilə gecə vaxtı çaya gedib. Yuxudan ayılan zaman isə özünü su başında görüb.
Turqutun bundan sonra faciəli günləri başlayıb. Hava qaralana yaxın isə etdiyi hərəkətlərini bilməyən gənc, hətta bir dəfə anasını evdən qovaraq qapını bağlayıb. Bir neçə dəfə də anasına qolundan xəsarət yetirib. Hətta gecələr canavar kimi ulamağa başlayıb.
Xəstəliyilə əlaqədar Turqutun anası dəfələrlə qonşu ölkələrdə xəstəxanalarda olub. Hətta Azərbaycanda da bütün müalicə ocaqlarına getdiyini deyir. Amma hələ ki, onun övladının dərdinə əlac edən tapılmayıb. Ana hələ də ümidini itirmir. Onun oğlunu yenidən həyata qaytaracaq həkimlərin olduğuna inanır.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR