» » Bakıda dəhşətli ailə cinayəti: atanın başı balta ilə üzüldü

Bakıda dəhşətli ailə cinayəti: atanın başı balta ilə üzüldü

Müəllif: Sevinc Novruzova
//
Tarix: 13 may 2014
//
Bölmə: Hadisə
Bakıda dəhşətli ailə cinayəti: atanın başı balta ilə üzüldü


Bakıda amansız ailə cinayəti baş verib. Xəzər rayonunda oğul atasını amansızlıqla öldürüb. Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, Türkan qəsəbəsi Üzümçülük sovxozunda yaşayan 17 yaşlı Şamil Rzayev yaşadığı evdə 42 yaşlı atası Qalibi qətlə yetirib. O, balta ilə atasının başını əzib. Balta ilə onun başına üç dəfə vurub, Qalib isə zərbələrdən keçinib.

Ş.Rzayev isə polis nəzarətinə götürülüb. O, atasının onlara əzab verdiyini deyib. Fərdi əməklə məşğul olan Qalib hər gün spirtli içki qəbul edir, sonra sərxoş halda ailə üzvlərini döyürmüş. Ona görə də Şamil balta ilə atasının başına zərbələr endirib. Zərbələrdən biri onun boğazına dəydiyindən başı üzülüb.

Oğulun atanı qətlə yetirməsi bütün mədəniyyətlərd və dinlərdə ən ağır günahlardan biri, bağışlanması mümkünsüz cinayət sayılır.
Məsələn, Qədim Romada və Babilistanda atanın qətlə yetirilməsi mütləq şəkildə edamla cəzalandırılan cinayətlərdən biri hesab olunurdu.

Bu dəhşətli cinayət dünya ədəbiyyatında da əks olunub.

Məsələn, Sofoklun "Çar Edip", Uilyam Şeksprin "Hamlet", Fyodor Dostoyevskinin "Karamazov qardaşları" əsərlərinin süjetlərinin əsasını oğulun atanı qətlə yetirməsi olayı təşkil edir.


QafqazPRESS.az
banner125x125 banner125x125