» » İlk maarifləndirmə tədbiri Kürdəmirdə keçirilib

İlk maarifləndirmə tədbiri Kürdəmirdə keçirilib

Müəllif: Sevinc Novruzova
//
Tarix: 29 iyun 2017
//
Bölmə: Sosial
İlk maarifləndirmə tədbiri Kürdəmirdə keçirilib






Azərbaycan Respublikası “Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda “Regionlarda reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında maarifləndirmə tədbirlərinin təşkil edilməsi” adlı layihə həyata keçirir. Layihə çərçivəsində ilk maarifləndirmə tədbiri Kürdəmir rayonunda keçirilib.
Kürdəmir Rayon İcra Hakimiyyəti başçısının müavini Vəsilə Əsgərli tədbiri giriş sözü ilə açaraq mövzunun aktuallığı və əhəmiyyəti barədə məlumat verib.
Daha sonra, Mərkəzin rəhbəri Pərvin Məmmədova aktual məsələyə həsr olunan layihəyə dəstək verdiyinə görə Şuraya, tədbirin yüksək səviyyədə təşkilinə görə Kürdəmir Rayon İcra Hakimiyyətinə təşəkkürünü bildirib.
P.Məmmədova qeyd edib ki, layihənin məqsədi əhali, xüsusilə hamiləliyə qədərki dövrdə olan qadınlar və gənc ailələr arasında reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında maarifləndirmə işlərinin həyata keçirilməsi, mövcud problemlərin öyrənilməsi, təklif və tövsiyələrin hazırlanaraq aidiyyatı qurumlara təqdim edilməsi və nəticə etibarı ilə ana və körpə ölümünün sayının azalmasına, yoluxucu xəstəliklərin qarşısının alınmasına nail olmaqdır.
Tədbirdə ekspert qismində çıxış edən Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katib VMİ Leyla Məmmədova ana və uşaq sağlamlığının Azərbaycan dövlətinin daim diqqət mərkəzində olduğunu vurğulayıb. Leyla Məmmədova iştirakçılara Azərbaycanda ana və uşaq sağlamlığı sahəsində dövlət siyasəti barədə, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, antenatal xidmət, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası, effektiv kontrasepsiya üsulları barədə məlumat verib. O, qeyd edib ki, hazırda dünyanın bir sıra ölkələrində narahatlığa səbəb olan aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Bəzi ailələrdə əsasən oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.
Tədbirdə selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması ilə bağlı interaktiv müzakirələr və fikir mübadiləsi aparılıb, bu sahədə bir sıra təkliflər irəli sürülüb, eyni zamanda müraciət edən qadınlara fərdi qaydada məsləhətlər verilib.
banner125x125 banner125x125