» » Su polisi balıqları zibillikdə hisə verən şəxsi saxlayıb - VİDEO

Su polisi balıqları zibillikdə hisə verən şəxsi saxlayıb - VİDEO

Müəllif: Səma Zərdablı
//
Tarix: 04 mart 2019
//
Bölmə: Sosial


Su Polisləri tərəfindən balıqları donuz, it saxlandığı, məişət tullantılarının atıldığı məkanda hisə verən şəxs saxlanılıb.
Bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin Su Nəqliyyatında Polis İdarəsi məlumat yayıb.
Bildirilir ki, İdarə əməkdaşlarının Pirallahı rayonunda keçirdikləri tədbir nəticəsində bu cür hisə verilmiş balıqlar hazırlayan paytaxt sakini Tərlan Mikayılov ifşa edilib.
Bildirilib ki, polislər tərəfindən qeyd edilən yerə baxış zamanı ciddi nöqsanlara rast gəlinib.
Araşdırma zamanı T.Mikayılovun donuz, it, eləcə də digər ev heyvanlarını saxlamaq üçün nəzərdə tutulan, məişət tullantıları və çirkab sularının axıdıldığı məkanda balıqları hisə verdiyi müəyyən edilib və hisə vermə prosesi lentə alınıb.
T.Mikayılovdan antisanitariya şəraitində hisə verilmiş 17 ədəd siyənək balığı aşkar edilərək maddi sübut kimi götürülüb.
Saxlanılan şəxs izahatında bu işlə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən müvafiq icazə sənədi almadan məşğul olduğunu etiraf edib.
 Su polisi balıqları zibillikdə hisə verən şəxsi saxlayıb - VİDEO
banner125x125 banner125x125