» » BAKIDA BU MƏKTƏBLƏRDƏ DƏRSLƏR DAYANDIRILDI – SON DƏQİQƏ

BAKIDA BU MƏKTƏBLƏRDƏ DƏRSLƏR DAYANDIRILDI – SON DƏQİQƏ

Müəllif: Səma Zərdablı
//
Tarix: 30 aprel 2019
//
Bölmə: Sosial
BAKIDA BU MƏKTƏBLƏRDƏ DƏRSLƏR DAYANDIRILDI – SON DƏQİQƏ


2“Formula-1″ üzrə Azərbaycan Qran-prisi ilə əlaqədar yarışların keçirildiyi küçədə yerləşən T.İsmayılov adına 6 nömrəli məktəb-liseydə şagirdlərə aprelin 30-na qədər istirahət verilib.
Qafqazpress.az xəbər verir ki, bu barədə “Report”a məktəbdən məlumat verilib.
Bildirilib ki, yolların bağlanılması ilə əlaqədar olaraq artıq aprelin 22-dən şagirdlərin dərsə gəlməsində məhdudiyyətlər yaranıb: “Aprelin 30-na qədər yolların bağlı olması səbəbindən şagirdlər məktəbə gəlməkdə çətinlik çəkirlər deyə dərslərdə iştirak edə bilməyəcəklər. Amma onların bu müddət ərzində keçmədikləri dərslər mayın əvvəlindən hissə-hissə tədris olunacaq. Müəllimlər isə hər gün işə gəlirlər”.
132-134 nömrəli təhsil kompleksindən isə “Report”a bildirilib ki, məktəbin binası Yarışların hərəkət sxeminə aid olan küçədə yerləşməsinə baxmayaraq dərslər dayandırılmayıb: “Hətta aprelin 26-sı saat 13:00-dək qədər şagirdlərin dərsə gəlmələri üçün valideynlərə müraciət edilib”.
Yarışların hərəkət sxeminə aid olan küçədə yerləşən 23 nömrəli tam orta məktəbdən telefon zənglərimizə cavab verən olmayıb.

banner125x125 banner125x125