» » HƏKİMLƏRƏ ŞAD XƏBƏR- MAAŞLAR…

HƏKİMLƏRƏ ŞAD XƏBƏR- MAAŞLAR…

Müəllif: Səma Zərdablı
//
Tarix: 19 iyun 2019
//
Bölmə: Sosial
HƏKİMLƏRƏ ŞAD XƏBƏR- MAAŞLAR…



Bir çox dövlət qulluqçularının maaşının artırılması tibb işçilərinin əməkhaqqının artırılmasını da gündəmə gətirib.
Qafqazpress.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat Musa Quliyev bildirib ki, səhiyyə islahatları sosial islahatların çox mühüm bir sahəsidir. Onun sözlərinə görə, səhiyyə islahatları da Prezidentin nəzarətindədir:
“Uzun illərdir bu islahatlar davam edir. Gələn ilin yanvarın 1-dən icbari tibbi sığorta işə düşəcək. Səhiyyə sisteminin tam icbari tibbi sığortaya keçidi gözlənilir. İcbari tibbi sığorta işə düşəndən sonra tibb işçilərinin də maaşı ən azı 3 dəfəyə qədər qalxacaq.
Hətta daha çox yüksələcək. Gələn ilə gözlənilir, bu icbari tibbi sığorta ilə bağlıdır. Bundan sonra tibb işçilərinin maaşları kifayət qədər artacaq”.
Deputat əlavə edib ki, maaş artımı icbari tibbi sığortayla çalışan bütün sektorlara aid olacaq və qalanları da ona adekvat olaraq dövlət büdcəsindən artırılacaq.
“Elə klinikalar var ki, onlar icbari tibbi sığortaya keçməyəcək və dövlət proqramı ilə maliyyələşəcək. Həmin klinikalarında da əməkhaqqılar digərlərinə uyğun olaraq artırılacaq”, deyə M.Quliyev vurğulayıb.
banner125x125 banner125x125