BAKI-BATUMİ TƏYYARƏSİ GERİ DÖNDÜ – SƏBƏB?
Batumi Hava Limanında (BUS) qeyri-sabit hava şəraiti ilə əlaqədar olaraq “Buta Airways”in saat 07:46-da Bakıdan yola düşən J2 9227 nömrəli aviareysində hava gəmisinin kapitanı uçuş aeroportuna geri qayıtmaq qərarı alıb.
Bu barədə ONN media “Buta Airways”ə istinadən xəbər verir.
Məlumata görə, reys Bakı vaxtı ilə saat 10:12-da Heydər Əliyev Aeroportunda (GYD) uğurlu eniş edib.
Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Bakıdan Batumiyə yola düşəcək.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR