Azərbaycanda məhkəmə hakimləri işdən çıxarıldı- Siyahı
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.
"Qafqazinfo"nun məlumatına görə, iclasda vətəndaşların hüquqlarının həyata keçirilməsinə süni maneələr törətməklə korrupsiya şərait yaratdıqlarına, süründürməçilik və digər qanun pozuntularına yol verdiklərinə görə Goranboy rayon məhkəməsinin sədri Vidadi Nəsirovun, Gəncə inzibati-iqtisadi məhkəməsinin hakimləri Cavad İbrahimov və Rafiq Məmmədovun tutduqları vəzifədən azad olunması barədə qərarlar qəbul olunub, habelə Gəncə hərbi məhkəməsinin hakimi Vaqif Qədirovun səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, Şəki rayon məhkəməsinin hakimi Kamran Süleymanova irad tutulub.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR