Sabah jurnalistlərin məhkəməsidir
Xəbər verildiyi kimi, müğənni Mətanət İsgəndərli aznews.az xəbər portalının baş redaktoru Elçin Zahiroğlunu və portalın əməkdaşı İntiqam Valehoğlunu məhkəməyə verib.
“AzerFax” xəbər verir ki, sabah Nərimanov rayon Məhkəməsində jurnalistlərə qarşı qaldırılmış iddia üzrə növbəti proses keçiriləcək. Məlumata görə, bundan əvvəlki məhkəmə proseslərində iddiaçı tərəf jurnalistlərin həbsində maraqll olduğunu gizlətməyib və öz mövqeyindən geri çəkilməyəcəyini açıqlayıb. Bu isə qarşıdakı prosesdə jurnalistləri ciddi təhlükə gözlədiyini deməyə əsas verir.
Qeyd edək ki, M.İsgəndərli Nərimanov Məhkəməsinə xüsusi ittham qaydasında müraciət edərək hər iki jurnalistin (Cinayət Məcəlləsi. maddə 147.1) cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.
Aznews.az-ın baş redaktoru Elçin Zahiroğlu bildirib ki, özünə və əməkdaşına qarşı təhlükəni birinci məhkəmə prosesindən hiss edib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR