Pedoqoji təhsili olmayanların DİQQƏTİNƏ
Azərbaycanda pedaqoji təhsili olmayanlar da ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb oluna bilərlər.
Qafqazpress.az xəbər verir ki, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov bildirib ki, artıq “Pedaqoji fəaliyyətlə məşğulolma qaydaları” adlı layihə hazırlanıb.
Onun sözlərinə görə, bu qaydalar “Təhsil haqqında” qanuna edilən dəyişikliyə əsasən hazırlanıb.
Nazirlik rəsmisi qaydaların hökumətə təqdim edildiyini də söyləyib:
“Qaydalar təsdiq ediləcəyi təqdirdə, pedaqoji təhsili olmayan şəxslərin də ümumtəhsil müəssisələrində pedaqoji prosesə cəlb olunması məsələsinə müsbət yanaşılacaq. Amma qeyd edim ki, hələ təsdiq olunmayan bu qaydalar hazırda yalnız layihə formasındadır”.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR