Tələbələrin yükü azaldılacaq
Gələn dərs ilindən Azərbaycanda pedaqoji ixtisaslar üzrə təhsil alan tələbələr üçün auditoriya yükü azaldılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.
Nazirlikdən bildirilib ki, bakalavriat səviyyəsi üzrə bütün ixtisaslar, o cümlədən pedaqoji ixtisaslar üzrə yeni nəsil təhsil proqramları hazırlanır. Həmin proqramlar 2014-2015-ci tədris ilindən tətbiq ediləcək. Əvvəlki proqramlardan fərqli olaraq yeni proqramlarda tələbələrə ümumtəhsil məktəblərinin proqramlarına müvafiq olaraq fənlər üzrə kurikulum öyrədiləcək. Bununla yanaşı, tələbələrin auditoriya yükünün azaldılması və bunun hesabına sərbəst işin artırılması nəzərdə tutulur.
Qeyd edək ki, kredit sistemində semestr üzrə auditoriya dərsləri 15 həftə müəyyən olunur. Tələbələrin həftəlik auditoriya və auditoriyadan kənar ümumi yükünün həcmi 45 saatdır. Bu zaman auditoriya dərsləri 30 saatı aşmamalıdır. Tələbəyə mühazirə, seminar, laboratoriya və s. dərslərinin hər bir növünün bir saatına bərabər olan 0,5 saat auditoriyadan kənar sərbəst iş müəyyən olunur.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR