» » "Hyundai" alanlar peşman oldular

"Hyundai" alanlar peşman oldular

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 may 2014
//
Bölmə: Texnologiya
"Hyundai" alanlar peşman oldular



Cənubi Koreyanın "Hyundai" avtokonserni 140 mindən çox avtomobilinin geri çağırılmasını elan edib. Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, geri çağırılan avtomobillər 2011-ci ildən 2014-cü ilə qədər ABŞ bazarında satılan "Tucson" krossoverləridir.

İstehsalçının məlumatına görə, bu avtomobillərdə təhlükəsizlik yastıqları, ola bilər ki, sükana yaxşı bərkidilməyib. Qəza anında bu maşınlarda təhlükəsizlik yastıqları düzgün işləməyib. Bu da sürücünün travma alması ilə nəticələnib.



QafqazPRESS.az
banner125x125 banner125x125