» » `Bodrum` sammiti başa çatdı - VİDEO

`Bodrum` sammiti başa çatdı - VİDEO

Müəllif: Sevinc Novruzova
//
Tarix: 05 iyun 2014
//
Bölmə: Video



Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi azərbaycanlı olacaq

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Türkiyənin Bodrum şəhərində keçirilən IV zirvə toplantısı başa çatıb.

AzVision.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, toplantının rəsmi hissəsi artıq sona çatıb.

Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Halil Akıncı sonda toplantı ilə bağlı danışıb. O, bildirib ki, bu il onun vəzif müddət bitir və onun yerinə Azərbaycaycandan Ramil Həsənov bu vəzifəni yerinə yetirəcək. H.Akınçının sözlərinə görə, vəzifə müddəti sentyabr ayında sona çatacaq.

Toplantının əsas mövzusunun turizm və İpək Yolunun canlandırılması olduğunu deyən H.Akınçı qeyd edib ki, ölkə rəhbərləri ortaq televiziya və sərmaye fondunun yaradılmasını müzakirə edib.

Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına sədrlik Türkiyədən Qazaxıstana keçib.


QafqazPRESS.az
banner125x125 banner125x125