Əlində silahla selfi çəkən dayə uşağı yaraladı
Dayə əlində tapança ilə selfi çəkmək istəyərkən təsadüfən 10 yaşlı uşağı yaralayıb.
“New York Post”un məlumata görə, hadisə ABŞ-ın Texas ştatında, Hyuston şəhərində baş verib.
Məlumata görə, 19 yaşlı Keytlin Smit 10 yaşlı qohumuna baxıb. Qız silahı tapandan sonra onunla selfi çəkmək istəyib. Bu an o, təsadüfən atəş açıb. Güllə uşağın qarnına dəyib. Oğlan ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bununla belə, həkimlər onun sağalacağını bildiriblər.
Smit “yetkinlik yaşına çatmayan uşağa zərər vermək” maddəsi ilə həbs olunub.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR