İnternat məktəbində uşaq dəyənəklə döyüldü
Suraxanı rayonunda yerləşən 7 saylı internat məktəbində 7 yaşlı uşağı dəyənəklə döyüblər.
ANS PRESS xəbər verir ki, internat evindəki mənbənin Bizimyol.info-ya verdiyi məlumata görə, hadisə bir neçə gün öncə baş verib. 7 yaşlı Mahir orada çalışan müəllimələrin biri tərfindən döyülüb. Uşağın başından dubinka ilə vurub. O, ağır zədə alıb. Uşağın döyülməsinin səbəbinə gəlincə, mənbə bildirir ki, buna səbəb onun nadinc olmasıdır. Mahirin Gülya adlı müəllimə tərəfindən döyüldüyü bildirilir. Gün ərzində qarşı tərəfin də fikri öyrəniləcək.
Qeyd: Məlumatı verən şəxs sonradan ona təzyiq olunacağından qorxduğu üçün adının gizli saxlanmasını istəyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR