Əmrah "Hüriyyet Altın Kelebek" mükafatına layiq görüldü
Musiqi dünyasının məşhur simalarından Əmrah "Hüriyyet Altın Kelebek" mükafatına layiq görülüb.
Mükafatını uşaqları Elyesa və Eleysaya həsr edən Əmrah digər oğlu Tayfun tərəfindən sərt reaksiya görüb.
Qafqazpress.az Cebhe.info-nun verdiyi xəbərə bildiriri, Əmrahın digər oğlu Tayfun sosial şəbəkə hesabından atasına sərt reaksiya verib və qısa zamanda gündəm olub.
Musiqiçi Əmrahın qəbul etmədiyi oğlu olan Tayfunla münasibətləri hələ də gərginliyini qoruyur. Müxtəlif televiziya verilişlərində iştirak edən Tayfun atası Əmrahla münasibətlərini düzəltməyə çalışdığını, lakin Əmrahın onu qəbul etmədiyini bildirmişdi.
2014-cü ilin iyun ayında vəkil Sibəl Ərdoğanla ailə həyatı quran Əmrahın Eleysa və Elyesa adlı iki övladı var. 2020-ci ildə isə boşanan cütlük uşaqları üçün dost qaldıqlarını bildiriblər.
Musiqiçi Əmrahın mükafatını sosial media hesabından paylaşması diqqətləri çəkib.
O bildirib ki, ömrünün 36-ci ilində belə bir mükafata layiq görüldüyü üçün xoşbəxtdir və mükafatını 2 övladı Eleysa və Elyesaya həsr edir.
Anası ilə Bursada yaşayan Əmrahın digər oğlu Tayfun isə atasının onu xatırlamamasına sərt reaksiya verib.
Tayfun atası haqqında sosial media hesabından "Lazımsız insanlara qulaq asmaq ehtiyacı hiss etmirəm" yazıb.
Semra Ələkbərli
Cebhe.info
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR