Erməni hərbçidən ŞOK etiraflar: Gözümün qabağında 200 nəfər öldü
Ermənistan hərbçiləri Azərbaycanın şanlı ordusu qarşısında aciz duruma düşb.
Qafqazpress.az xəbər verir ki, bunu ordumuza qarşı döyüşən düşmən tərəfdəki hərbçilər də etiraf edir.
Belə hərbçilərdən biri Artur Oqanisyandır. O, əslən Gümrüdən olan Fransa vətəndaşıdr. Könüllü döyüşmək üçün Dağlıq Qarabağa gələn erməni orada gördüyü dəhşətli mənzərəni Rusiyanın "novayagazeta.ru" saytına danışıb.
Artur Oqanisyan etiaf edib ki, Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl şəhərini işğaldan azad etməsindən sonra geri qayıtmağa qərar verib. Erməni hərbçi müsahibə zamanı Ermənistan ordusunun nə qədər aciz olmasını, yüzlərlə erməninin təkcə onun gözü qarşısında ölməsini və 18 yaşlı gənclərin Ermənistan hakimiyyətininj qurbanına çevrilməsini vurğulayıb:
"Onlar (Ermənistan hökuməti) insanları aldadırlar, 18 yaşlı əsgəri təkcə avtomatla cəbhəyə göndərirlər. Deyirlər ki, bağışlayın güllə yoxdur, bağışlayın, tank yoxdur. Güllə keçirməyən gödəkçə yoxdur. Orada heç nə yoxdur!
Ərzaq maşını gəlir, yolda hər şeyi boşaldır, gedir. Əgər yemək istəyirsənsə, Qradın altında 4 km yol getməlisən.
Dünən gecə Hadrutda olduq, zabitlər gəlmişdi. Dedilər ki, komandiri mühakimə edəcəklər. O, gecə bütün cavanları yığıb və Cəbrayıldan getmələrini söyləyib. O, rəhbərliyin əmrinə qulaq asmayıb. Həmin komandir özü bunları dedi: "Bunlar cavan uşaqlardır, 10 gündü orduya çağrılıblar və artıq əllərinə avtomat veriblər". Siz nə edirsiniz? Bu uşaq hara gedəcək? Yaxşı, mən hərbi xidmətdə olmuşam, hərçənd orda bu da kömək etməyəcək. Avtomat aviasiya və artilleriyaya qarşıdır. Mən orda canlı meyidəm.
Bizim xətdə təkcə mənim gözümün qabağında 200 nəfər həlak oldu. Ümumilikdə isə orada minlərlə nəfər ölü var. Bu müharibəyə baxandan sonra başa düşdüm ki, hər şeyi verəcəyik. Onlar Laçını götürmək istəyirlər, ancaq elə kökləniblər ki, Ermənistana da gedə bilərlər".
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR