Bakıya yollanan Ermənistan hərbçiləri yarı yoldan qayıdıblar
Bakıda keçirilən MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti yığıncağına yollanan Ermənistan Müdafiə Nazirliyinin nümayəndə heyəti Moskvadan geri qayıtmalı olub. Ermənistan Müdafiə Nazirliyi mətbuat xidmətinin yaydığı məlumatda deyilir ki, Azərbaycan erməni hərbçilərini qəbul etməyə maraqlı olduğunu təsdiqləmədiyindən onlar İrəvana qayıdıblar.
“MDB-yə üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 2014-cü il iş planına əsasən və regionda qarşılıqlı etimad yaradılması istiqamətində tədbirlər görülməsi məqsədilə, Ermənistan Müdafiə Nazirliyi silahlı qüvvələri öz nümayəndə heyətini MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti yığıncağında iştirak etmək üçün Bakıya göndərməyə hazır olub”, - məlumatda deyilir.
Müdafiə Nazirliyinin məlumatına görə, Bakıya getmək üçün Ermənistan hərbi nümayəndə heyəti aprelin 7-də Moskvaya gedibmiş. “Lakin MDB Nazirlər Şurası katibliyinin dəvət etməsinə və Azərbaycan Müdafiə Nazirliyinə rəsmi bildiriş göndərməsinə baxmayaraq, qəbul edən tərəf Ermənistan nümayəndə heyətini qəbul etməyə hazır və maraqlı olduğunu təsdiq etməmişdi”.
Bu səbəbdən Ermənistan nümayəndə heyətinin Bakıya uçuşu ləğv edilib və heyət üzvləri Yerevana qayıdıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR