» » Paşinyanın məkrli planı: O, nə etmək istəyir?

Paşinyanın məkrli planı: O, nə etmək istəyir?

Müəllif: Səma Zərdablı
//
Tarix: 16 dekabr 2020
//
Bölmə: Dünya
Paşinyanın məkrli planı: O, nə etmək istəyir?


Ermənistanın baş naziri Nikol Paşinyan növbədənkənar parlament seçkilərinə hazırlaşır.
Bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.
Qəzet yazır ki, artıq Ermənistan hakimiyyəti növbədənkənar parlament seçkilərinin zəruriliyini anlayaraq təcili Seçki Məcəlləsində dəyişiklikləri müzakirəyə çıxarıb.
Məlumata görə, Nikol Paşinyan dünən hakim “Mənim Addımım” fraksiyasının deputatları ilə görüşüb. Görüşdə əsas müzakirə mövzusu erkən seçkilər olub.
Qəzet yazır ki, fraksiya daxilində gərgin atmosfer hökm sürür. Deputatlar hesab edir ki, cəmiyyətin mövcud hakimiyyətə inamı sarsılıb. Artıq Nikol Paşinyana və komandasına heç kim inanmır. Bunun üçün də təcili tədbirlər görülməlidir. Onların fikrincə, Seçki Məcəlləsinə dəyişikliklərdən sonra erkən parlament seçkiləri keçirilməlidir. Deputatlar bunu siyasi böhrandan optimal çıxış yolu hesab edirlər.
Ermənistanda erkən parlament seçkilərinə gediləcəyi təqdirdə Nikol Paşinyanın namizədliyi irəli sürülməyə bilər.
Hələ Paşinyanın “Mənim Addımım” fraksiyasının deputatları ilə görüşlərində vahid namizəd məsələsi müzakirə olunmuşdu. Paşinyan vahid namizəd olacağı təqdirdə öz iddiasından geri çəkiləcəyini bildirmişdi.
Əslində Paşinyanın komandası da erkən seçkilərə onsuz getməyi daha uyğun variant hesab edir. Çünki Paşinyanın liderliyi ilə seçkilərə qatılmaq indiki vəziyyətdə acı məğlubiyyətdir
banner125x125 banner125x125