Ruslar Kiyevə də girdi: silahlı şəxslər parlamenti əhatəyə alıb
23:43
Ukraynanın Donetsk vilayətində ölkə prezidenti səlahiyyətlərini icra edən Aleksandr Turçinovun elan etdiyi antiterror əməliyyatı rejimi davam edir.
Donetsk vilayətinin şimalındakı kiçik Krematorsk şəhərində Rusiyaya meylli separatçı "könüllülər" yerli aerodroma hücum ediblər. Ukraynalı hərbçilərlə atışmada 4 nəfərin həlak olduğu, 11 nəfərin yaralandığı bildirilir.
Aerodrom separatçılardan azad olunub.
Slavyansk şəhərində isə ZTR-lər və helikopterlərlə Ukrayna Müdafiə Nazirliyinin birləşmələri daxil olub.
Yerli sakinlər bu birləşmələrin Ukrayna DİN-nə məxsus olduqlarını deyirlər.
Jurnalist Anna Lazareva bildiririr ki, şəhərə 500 hərbçi, 20 ZTR, 2 helikopter və bir neçə avtobus silahlı hərbçi daxil olub.
Separatçılar isə "müdafiə"yə hazırlaşırlar. Slavyansk şəhər administrasiyasının rəhbəri Nelya Ştepa jurnalistlərə bildirib: "Şəhərə naməlum silahlı adamlar gəlib. Onlarda tank vurmaq üçün 100 "Muxa" qumbaraatanı var. Separatçılar isə milisdən 400 tapança və 20 avtomatı ələ keçirərək tərəfdarlarına paylayıblar.
Ukrayna daxili işlər nazirinin müşaviri Stanislav Reçinskinin dediyinə görə, antiterror əməliyyatında DİN-nin xüsusi təyinatlı "Omeqa" və Ukrayna Təhlükəsizlik Xidmətinin "Alfa" dəstələrinin döyüşçüləri iştirak edirlər.
"Separatçılara qarşı ilk aşkar qələbəyə nail olduq. Üstəlik, itkilər vermədik. Halbukit "hakimiyyətin zəiflədiyi və astagəllik etdiyi" barədə ittihamlar səslənirdi. Əsir alınmış separatçılar var", - S.Reçinski deyib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynada antiterror əməliyyatın keçirilməsi barədə qərarı "hadisələrin çox təhlükəli inkişaf məcrası" adlandırıb.
Rusiyanın baş naziri Dmitri Medvedev daha sərt danışıb: "Çox qısa deyəcəyəm: Ukrayna vətəndaş müharibəsinin astanasındadır. Bu isə çox qorxuludur".
Ukraynadakı "Batkivşina" Partiyasının lideri, prezidentliyə namizəd Yuliya Timoşenko seçkiqabağı təbliğat kampaniyasını dayandırıb və "Rusiyanın işğalına qarşı ümummilli müqavimət hərəkatı"nın yaradıldığını bəyan edib.
O, bu gün Kiyevdə keçirdiyi mətbuat konfransında deyib: "Amma seçkiqabağı mübarizədən çəkilmək niyyətində deyiləm. Adım da bülletenlərdə qalır. Seçkiqabağı kampaniyanı təxirə salaraq mütəxəssislərlə birlikdə dövlətimizin müdafiəsi, Ukraynanı qorumağa hazır bütün vətəndaşların birləşdirilməsi ilə məşğulam".
Sabiq baş nazirin dediyinə görə, hərəkatın ilk bölmələri Xarkov, Zaporojye və Dnepropetrovsk vilayətlərində açılacaq. Könüllülərin ərazi briqadalarının silah gəzdirmək hüququ olacaq. Onların koordinasiyasını Müdafiə və Daxili İşlər nazirlikləri həyata keçirəcək.
---------
16:16
Kiyevin mərkəzində yüzlərlə silahlı şəxs parlament binasını əhatəyə alır. Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, bu barədə Ukraynanın "Batkivşina" Partiyasının sədri Yuliya Timoşenko bildirib.
"Yüzlərlə silahlı şəxs parlamenti əhatəyə alır. Ali Radanın bütün deputatlarını təcili gəlməyə çağırıram", - Timoşenko İCTV telekanalının canlı efirində deyib.
O hesab edir ki, Donetskdə baş verən ssenari indi Kiyevdə də təkrarlanır.
Onun sözlərinə görə, ötən gün Maydanda olan və ölkənin hakimiyyətini devirməyə çağırış edən şəxslər Radaya gəliblər: "Onlar Ukraynanı işğal etməyə çalışırlar"
Xanım siyasətçi efirdən ayrılmazdan əvvəl deyib: "Mən təcili Ali Radaya getməliyəm".
---------
10:32
Rusiya ordusu artıq Ukraynanın şərq bölgələrindədir. Rusiya tərəfi bunu etiraf etməsə də, Ukraynanın Təhlükəsizlik Xidməti (UTX) Rusiya müdaxiləsini sübut edən faktları açıqlayıb, Rusiya kəşfiyyatçılarının Slavyansk şəhərində telefon danışıqlarını yayıb.
Ukrayna tərəfi iddia edir ki, məhz rus kəşfiyyatçıları Ukraynanın şərqindəki separatçıların fəaliyyətini koordiyasiya edirlər.
Milli.Az-ın Ukrayna mətbuatına istinadən məlumatına görə, audioyazı UTX-nin Youtube kanalında yayımlanıb. Onlar Slavyansk şəhərinə gələn yolların bağlanmasından danışırlar. Danışıqlar subtitrlərlə də müşayiət olunur.
Ukraynalı jurnalistlər isə danışıqlarda iştirak edənlərdən birinin mülki şəxs olduğunu ortaya çıxarıblar.
UTX iddia edir ki, Rusiya Ukraynanın şərqində geniş miqyaslı hərbi təcavüz həyata keçirir.
"Rusiya öz tankları ilə Avropaya gəlməyə hazırlaşır"
Almaniyanın vitse-kansleri Ziqmar Qabriel isə Ukraynadakı böhranla bağlı xəbərdarlıq edib və bildirib ki, "Rusiya öz tankları ilə Avropanın sərhədlərini keçməyə hazırdır". O, birinci və ikinci dünya müharibələrinin dərslərini xatırlamağa çağırıb.
"Ukrayna böhranı göstərdi ki, köhnə geopolitika cini yenidən şüşəsindən çıxıb", - o əlavə edib.
"Qan tökülməsinə imkan verməyin"
Rusiya prezidenti Vladimir Putin ABŞ prezidenti Barak Obama ilə telefon danışığında çağırış edib ki, Ukraynanın cənub-şərqində qan tökülməsinə yol verməsin. O, Amerika tərəfinin əlində olan imkanlardan istifadə edərək güc tətbiq edilməsi və qan tökülməsinə yol verilməməsi üçün istifadə etməyə çağırıb.
Rusiya tərəfi iddia edir ki, Donetsk, Luqansk, Xarkov, Slavyansk və digər şəhərlərdəki etirazlar Kiyev rəhbərliyinin səriştəsizliyi və rusdilli əhalinin maraqlarını nəzərə almaq həvəsinin olması ilə əlaqədardır.
Kiyev hələ də "yanır"
Kiyevin özündə isə yeni hakimiyyətdən narazılıq da baş qaldırmaqdadır. Milli.Az Life News-a istinadən bildirir ki, bir neçə yüz fəal Kiyevdə Ali radanın binası qarşısına gələrək prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov və Arsen Avakovun istefasını tələb edib.
"Sağ sektor"un fəalları silahların əldə edilməsi və daşınması azadlığı verilməsini, o cümlədən hökumətin hər gün xalq qarşısında hesabat verməsini tələb ediblər.
Etirazçılar parlament binası qarşısında təkər yandırıblar. Onlar ölkə rəhbərliyi qarşısında şərt qoyublar - ya bir saat ərzində Qruşevski küçəsinə gəlməlidirlər, ya da Ali Radanın binası ələ keçiriləcək.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR