Atasının pasportunu bu günə qoydu
Cənubi Koreyada maraqlı bir hadisə baş verib.
ANS PRESS-in məlumatına görə, çinli bir iş adamı dörd yaşındakı oğlunun əməlinə görə çətin vəziyyətə düşüb. Balaca oğlanın atasının pasportuna cızma-qara çəkməsindən sonra çinli iş adamı Cənubi Koreyadan vətəninə qayıda bilməyib.
Cənubi Koreyaya tətilə gedən ailə gözləmədikləri bir kabusla qarşılaşıb. Atasının pasaportunu ələ keçirən 4 yaşındakı balaca pasportun ön səhifəsində öz yaradıcılığını göstərib.
Çarəsiz ata isə oğlunun bu hərəkətindən sonra aidiyyatı orqanlara müraciət edib və pasportunu yeniləyib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR