» » Rus səfirindən Bakıda yaşayan rusdilli gənclərə ÇAĞIRIŞ: “Dövlət strukturlarında mühüm postlar tutmalısınız”

Rus səfirindən Bakıda yaşayan rusdilli gənclərə ÇAĞIRIŞ: “Dövlət strukturlarında mühüm postlar tutmalısınız”

Müəllif: Sevinc Novruzova
//
Tarix: 03 iyun 2014
//
Bölmə: Dünya / Gündəm
Rus səfirindən Bakıda yaşayan rusdilli gənclərə ÇAĞIRIŞ: “Dövlət strukturlarında mühüm postlar tutmalısınız”



Rusiya səfiri Azərbaycanda yaşayan rusdilli gənclərin ölkənin elm, biznes və dövlət strukturlarında mühüm postları tutmasının çox vacib olduğunu bəyan edib. Modern.az saytı xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxoin Bakıda yaşayan rus icması ilə keçirilən görüşdə bildirib.

“Rusdilli gənclərin elm, biznes və dövlət strukturlarında mühüm postları tutması çox vacibdir. Bunun üçün Azərbaycan dilini və tarixini bilmək və Azərbaycan cəmiyyətinə tam interqrasiya olunmaq lazımdır”,-deyə səfir vurğulayıb.

Səfir həmçinin Azərbaycanda yaşayan rus gənclərinin diaspor fəaliyyətində fəal iştirak etməsinin zəruri olduğunu qeyd edib. Doroxinin sözlərinə görə, Rusiya xaricdə yaşayan həmvətənlərə böyük diqqət ayırır və bunula bağlı Hökumət komissiyası yaradılıb. Komisisyaya xarici işlər naziri Sergey Lavrov rəhbərlik edir. Doroxin əmin edib ki, səfirlik bundan sonra da Azərbaycandakı rus diasporuna dəstək verəcək.


QafqazPRESS.az
banner125x125 banner125x125