İraqda qadınlar döyüşə hazırlaşır
İraqın Süleymaniyə şəhərində peşmərgə kimi tanınan kürd hərbi qüvvələri döyüşlərə hətta qadın əsgərlər də çıxarmağa hazırlaşır.
Ötən gün hərbi hissənin qadın batalyonu müxtəlif döyüş təlimlərinə qatılıblar.
İŞİD təhlükəsinə qarşı sinə gərərən qadın əskərlər Kürdüstanın müdafiəsi üçün canlarından keçməyə hazırdırlar.
"Mən peşmərgə əsgəri olmuşam ki, vətəni düşmənlərdən qoruyam" - deyə 19 yaşlı Dariya Məcid qeyd edib.
Peşmərgə qüvvələri bir qədər əvvəl Kərkükü tərk edən İraq hərbiçilərinin mövqelərinə nəzarəti ələ alıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR