» » Amerikanın birinci xanımı İŞİD-ə səsləndi

Amerikanın birinci xanımı İŞİD-ə səsləndi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 19 iyun 2014
//
Bölmə: Dünya / Gündəm
Amerikanın birinci xanımı İŞİD-ə səsləndi


Sosial şəbəkədə ABŞ prezidentinin xanımı ilə bağlı maraqlı video yayılıb
ABŞ prezidenti Mişel Obamanın yeni videosu yayılıb. Anspress-in məlumatına görə, Mişel Obama qız uşaqlarının müdafiəsi məqsədi ilə əlində “qızlarımızı geri qaytarın” ifadəsi qeyd olunan lövhə tutub.

İraqı ələ keçirən İŞİD tərəfindən yayılan videoda isə Mişel Obamanın əlindəki lövhədəki sözlər dəyişdirilib.

Belə ki, xanım Obamanın əlindəki yeni kağız lövhədə İŞİD tərəfindən İraqda ələ keçirilən Amerikan hərbi maşınlarının geri qaytarılması əks olunub.

Qeyd edək ki, İŞİD bir müddət öncə İraqı işğal edən zaman oradakı Amerikan hərbi maşınlarını ələ keçirib: "Maşınlarımızı geri verin".

Xatırladaq ki, İraq hökuməti Mosul şəhərində yaşanan gərginliklə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib. Mosul şəhərində İraq-Şam İslam Dövləti silahlıları ilə hökumət qüvvələri arasında başlayan qarşıdurmalar geniş vüsət alıb. İŞİD silahlıları Mosul şəhərində rəhbərliyi tamamilə ələ keçirdiklərini bəyan ediblər.

Ölkənin baş naziri Nuri əl-Maliki fövqəladə vəziyyətlə əlaqədar kişiləri orduya çağırıb. Maliki, həmçinin Birləşmiş Millətlər Təşkilatı və Ərəb Liqasından terrorizmə qarşı mübarizədə dəstək gözlədiyini bildirib.



QafqazPRESS.az
banner125x125 banner125x125