İŞİD 8 müxalifətçini çarmıxa çəkdi
İraq və Suriya ərazilərində "İraq və Şam İslam Xilafəti" yaratdığını bəyan etmiş "İraq və Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması Suriyada prezident Bəşər Əsəd rejiminə qarşı vuruşan müxalifətçi dəstələri birləşdirən "Suriya Azad Ordusu"na (SAO) qarşı hücumlarını davam etdirir.
Milli.Az Al Arabiya-ya istinadən bildirir ki, İŞİD Suriyanın Hələb vilayətinin şərqindəki Deyr Hafir şəhərində SAO-nun 8 üzvünü edam edib.
Bu şəxslərə silahı yerə qoyaraq İŞİD sıralarına qatılmaq təklif olunmuşdu.
Müxalifətçilər təklifi rədd etdikləri üçün əsir alınıblar. Onlar güllələnib, cəsədləri isə Deyr-Hafirin mərkəzi meydanındakı çarmıxlara mismarlanıb.
Çarmıxa çəkilmiş cəsədlər 3 gün meydanda qalacaq.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR