» » Obama sərt danışdı

Obama sərt danışdı

Müəllif: Sevinc Novruzova
//
Tarix: 21 avqust 2014
//
Bölmə: Dünya / Gündəm
Obama sərt danışdı



ABŞ prezidenti Barak Obama amerikalı jurnalist Ceyms Foleyin İraq və Şam İslam Dövləti (İŞİD) terror qruplaşması tərəfindən öldürülməsi barədə danışıb.

ANS PRESS-in məlumatına görə, Obama 21-ci əsrdə İŞİD kimi terror təşkilatılarına yer olmadığını bildirməklə yanaşı qruplaşmanı yer üzündə xərçəngə bənzədib:

"ABŞ vətəndaşlarını qorumaq üçün etməsi lazım olanları etməyə davam edəcək. Ancaq İŞİD-ə qarşı daha amansız olacağıq. Bu gün dünya amerikalı jurnalistin başının kəsilməsi ilə şok oldu. İŞİD-in dinlə və islamla heç bir əlaqəsi yoxdur".

Dünyanın hər hansı yerində bir ABŞ vətəndaşına pislik edilsə, ədalətin yerini tapması üçün əlimizdən gələni edəcəyik. Bu gün ABŞ xalqı Ceyms Foley və yaxınları üçün dua edəcək.

21-ci əsrdə dünyada İŞİD kimi bir təşkilata qarşı olmaq mövzusunda hamımız həmfikir olmalıyıq. Yaxın Şərqdəki bütün xalqlar bu xərçəngi məğlub etmək üçün bir olmalıdır.

Bütün İraq xalqı İŞİD-ə qarşı mübarizəmizi dəstəkləmək üçün bir araya gəlməlidir. Ceyms Foley gerçəkləri ortaya çıxarmaq üçün əlindən gələni etdi. Hamımız onun üçün yas tutacağıq. Tanrı Ceymsi müqəddəs hesab etsin".



QafqazPRESS.az
banner125x125 banner125x125