Nigeriyada tibb məktəbinə hücum: 8 ölü
Terror aktını “Boko Haram” qruplaşmasının törətdiyi güman olunur
Nigeriyanın şimal-qərbindəki Kano əyalətinin paytaxtı Kanoda tibb texnikumu terror hücumuna məruz qalıb. Anspress-in xəbərinə görə, partlayıcı qurğunun işə salınması ilə törədilən terror aktı zamanı 8 nəfər ölüb. Hücumun məsuliyyətini heç bir qruplaşma üzərinə götürməsə də hökumət nümayəndələri verdiyi bəyanatlarda “Boko Haram” terror təşkilatının şübhəlilər siyahısının başında olduğunu bildirib.
Bir müddət əvvəl 300 qızı qaçıran “Boko Haram” İslam dövləti iddiaları ilə hücumlarını intensivləşdirib.
BMT Təhlükəsizlik Şurası Nigeriya hökumətinin tələbi ilə “Boko Haram”ı “əl Qaidə”yə istiqamətlənmiş sanksiya siyahısına daxil edib. Bununla da embarqoya məruz qalacaq təşkilatın öz fəaliyyətini donduracağı güman olunur.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR