» » Pakistanda 9 hərbçi öldürülüb

Pakistanda 9 hərbçi öldürülüb

Müəllif: Sevinc Novruzova
//
Tarix: 12 fevral 2014
//
Bölmə: Kriminal
Pakistanda 9 hərbçi öldürülüb


Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində hərbçilər silahlı qruplaşmaların hücumuna məruz qalıb. Pakistan telekanalının polisə istinadən verdiyi məlumata görə, 25 nəfər naməlum silahlı anti-Taliban əməliyyatı həyata keçirən hərbçilərin komandani İsrarullah Xanın evinə hücum edərək, 9 nəfəri öldürüblər. Onlardan birinin komandan, qalanlarının isə onun qohumları olan hərbçilər olduğu bildirilir.

Hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.

Fevralın əvvəllərində də İsrarullah Xanın oğlu və iki yaxını "Taliban" döyüşçüləri tərəfindən öldürülmüşdü.

Peşəvər şəhəri Pakistanın Əfqanıstanla sərhədində yerləşdiyindən, həmin bölgə "Taliban" və "Əl-Qaidə" terror təşkilatları ilə əlaqəli qruplaşmaların məskəninə çevrilib.




QafqazPRESS.az
POPULYAR SON XƏBƏR GÜNDƏM DİGƏR
banner125x125 banner125x125