Ermənistanda Qarabağ veteranına 6 il həbs
Ermənistanda Qarabağ müharibəsinin veteranına 6 il həbs cəzası verilib.
“Qafqazinfo” xəbər verir ki, APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, ehtiyatda olan polkovnik Volodya Avetisyan dələduzluq ittihamı ilə mühakimə olunub.
Konkret olaraq V. Avetisyan hərbi xidmətdən azad etmək, hərbi qulluqçuları bir hərbi hissədən digərinə keçirmək üçün vətəndaşlardan pul almaqda günahlandırılıb.
V. Avetisyanın özü isə məhkəmə prosesini siyasi təqibin nəticəsi kimi qiymətləndirib. O bildirib ki, hakimiyyət onu Qarabağ müharibəsi veteranlarının etiraz aksiyalarının təşkilinə görə cəzalandırıb.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR