» » Bu qız ölünün əşyası ilə fəxr elədi

Bu qız ölünün əşyası ilə fəxr elədi

Müəllif: Sevinc Novruzova
//
Tarix: 26 iyul 2014
//
Bölmə: Dünya / Gündəm
Bu qız ölünün əşyası ilə fəxr elədi



Rusiya tərəfdarı separatçılar tərəfindən vurulduğu iddia edilən Malayziya təyyarəsindən oğurluq edilib.

Milli.Az anspress-ə istinadən xəbər verir ki, təyyarənin qalıqlarının səpələndiyi ərazidə axtarış işləri aparan separatçı dəstələr tərəfindən oğurluq edildiyini əks edən fotolar yayılıb. Bu fotolar Twitter-də paylaşılmağa başlandıqdan sonra insanlar arasında ciddi narazılıq baş verib.

Fotoda bir hərbi geyimli şəxsin dağıntılar arasından tapdığı üzüyü götürdüyü görünür. BBC-nin daha əvvəl yayımladığı bir videoda isə təyyarədə olan çamadanların separatçılar tərəfindən tamamilə boşaldıldığı görülüb.

Rusiya tərəfdarı separatçılar isə mövzuyla əlaqədar olaraq açıqlama veriblər. Bildirilib ki, əşyalar istintaq üçün əhəmiyyətli olduğu üçün götürülüb.

Digər bir oğurluq faktı isə İnstagram-da paylaşılan şəkildən sonra ortaya çıxıb. Belə ki, Donetsk bölgəsindəki Torez şəhəri sakinlərindən Katerina Parhomenko düşən təyyarədəki ölən sərnişinə aid bir kosmetik əşyanı istifadə edib və fotosunu çəkərək sosial şəbəkədə paylaşıb.

Qadın paylaşdığı şəklin altına "Amsterdamdan tuş. Tarladan desəm, daha doğru olar. Başa düşdünüz yəqin?" - deyə qeyd edib.




QafqazPRESS.az
banner125x125 banner125x125