» » Davudoğlu yaralı əsgərlərimizlə

Davudoğlu yaralı əsgərlərimizlə

Müəllif: Sevinc Novruzova
//
Tarix: 12 avqust 2014
//
Bölmə: Dünya / Gündəm
Davudoğlu yaralı əsgərlərimizlə



"Müalicə üçün gətirilən azərbaycanlı əsgərlərimizi ziyarət etdim”
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində yaralanan və müalicəsi Türkiyədə davam edən əsgərlərimizi ziyarət edib.

Anspress-in xəbərinə görə, bu barədə məlumatı Davudoğlu öz tvitter hesabında yazıb.

“Ermənistanın atəşkəsi pozması nəticəsində yaralanan və müalicə olunmaq üçün Türkiyəyə gətirilən azərbaycanlı əsgərlərimizi ziyarət etdim”, - deyə Türkiyənin baş diplomatı sosial şəbəkədəki səhifəsində yazıb.

Xatırladaq ki, Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində qarşı tərəfin təxribat cəhdlərinin və hücumlarının qarşısını alarkən yaralanan əsgərlərdən 3-ü müalicə üçün Türkiyəyə aparılıb.

Əsgərlərin müalicəsini Türk İş Birliyi və Koordinasiya Agentliyi (TİKA) üzərinə götürüb.


QafqazPRESS.az
banner125x125 banner125x125