MOSKVADAN İRƏVANA UÇAN TƏYYARƏDƏ İNSİDENT: 8 YARALI
Moskvanın “Şeremetyevo” hava limanında “Şimal küləyi” aviaşirkətinin təyyarəsinin İrəvana uçuşu dayandırılıb.
Qafqazpress.az xəbər verir ki, məlumatı Moskva vilayətinin Fövqəladə Hallar Nazirliyinin Baş İdarəsi yayıb. Uçuşun dayanmasına səbəb təyyarədə olan tüstüləmə olub. Nəticədə təyyarənin sərnişinləri evakuasiya ediliblər.
Evakuasiya zamanı 8 nəfər xəsarət alıb ki, onlardan da ikisi xəstəxanaya yerləşdirilib. Ümumilikdə təyyarədən 187 nəfər təxliyə edilib.
FHN təyyarənin pilot kabinəsində tüstülənmə barədə təyyarənin ekipajının siqnal verdiyini bildirib. Aparılan yoxlamalar zamanı isə təyyarədə yanğın və ya tüstüləmə işartıları FHN əməkdaşları tərəfindən aşkarlanmayıb
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR