» » Bir ana tanıyıram ...

Bir ana tanıyıram ...

Müəllif: Sevinc Novruzova
//
Tarix: 07 aprel 2014
//
Bölmə: Ədəbiyyat
Bir ana tanıyıram ...



20 GÜN İDİ Kİ . BAKIDA DEYİLDİM.TƏBİƏTİN BU GƏL -GƏL DEYƏN VAXTINDA QAZAX MAHALININ İNCƏ DƏRƏSİNDƏYDİM.BİR TƏSADÜFDƏN QOYNU - QUCAĞI SÖZLƏ , ŞEİRLƏ DOLU OLAN SİNƏDƏFTƏR BİR XANIMLA TANIŞ OLDUM.GÖZƏL SƏSİ , BƏDAHƏTƏN ŞEİR DEMƏSİ MƏNİ VALEH ETDİ.7 GÜN ONUN ARXASINCA MAŞIN GÖNDƏRİB ASLANBƏYLİDƏN KƏMƏRLİYƏ GƏTİRDİRİR , 2 SAATA QƏDƏR ONUNLA DANIŞDIQDAN SONRA YENƏ MAŞIN ONU APARIB EVİNƏ QOYURDU . GÜLƏNDAM XANIM ASLAN QIZI DMANİSİ RAYONUNUN ORMEŞƏN KƏNDİNDƏNDİR. ATASI VƏ VƏ QARDAŞI MEHMANIN DA GÖZƏL ŞEİRLƏRİ VAR. EVİMİZDƏ BİR POEZİYA MƏCLİSİ YARANMIŞDI.QONŞULAR EŞİDƏNDƏ Kİ , GÜLƏNDAM DAĞLARQIZI GƏLİB YIĞIŞIB ONU DİNLƏMƏYƏ GƏLİRDİLƏR.BİR SÖZLƏ HƏR KƏSİ ÖZÜNƏ CƏLB ELƏMİŞDİ.
BİZƏ GƏLDİYİ HƏR GÜNDƏ MƏNƏ VƏ DİGƏR QƏLƏM SAHİBLƏRİNƏ YAZDIĞI ŞEİRLƏRİ GƏTİRİRDİ.
ƏZİZ SÖZƏ, ŞEİRƏ QİYMƏT VERƏNLƏR,HƏLƏLİK ONUN MƏNƏ YAZDIĞI BİR ŞEİRİ SİZLƏRƏ TƏQDİM EDİRƏM.O BİRİ QƏLƏM DOSTLARIM IZA YAZDIĞI ŞEİRLƏRİ DƏ VAXT OLDUQCA SİZLƏRƏ PAYLAŞACAM. BU GÖRÜŞÜMÜZDƏ MƏN DƏ GÜLƏNDAM BACIMIZI A BİR ŞEİR HƏDİYYƏSİ ETDİM
GÜLƏNDAMIN 50 –DƏN ÇOX YAŞI VAR.ŞEİRLƏRİ HƏLƏ Kİ, SİNƏSİNDƏ YATIR.FASİLƏSİZ SAATLARLA ƏZBƏRDƏN ŞEİR DEYİR.ALLAH YOL AÇARSA ,ONUN KİTABINI “ MƏHSƏTİ “ ŞAİRLƏR MƏCLİSİNİN KÖMƏKLİYİLƏ İŞIQ ÜZÜNƏ ÇIXARARIQ,İNŞALLAH !

ÇƏKDİ CƏNGİNƏ


SORAĞINI ÇOXDAN ALDIĞIM FƏRİDƏ LƏMANA


GÖZÜN SƏRRAF GÖZÜ,QƏLBİN XƏZİNƏ,
SÖZDƏN KÜRK GEYNİBSƏN,SÖYLƏ , XƏZİ NƏ ?!
SÖZ YÜKÜ OLANLAR ÇƏTİN GƏZİNƏ,
BOŞALIB YÜKÜNÜ XIRDALAMASA.


FƏRİDƏ LƏMAN MƏNİ ÇƏKDİ CƏNGNƏ,
PƏHLƏVAN DEYİLƏM, BURDA CƏNGİ NƏ ?!
GÜLƏNDAM ÇATAMMAZ SÖZ AHƏNGİNƏ,
ODUNDAN OD ALIB ALOVLANMASA.



GÜLƏNDAMAM SÖZÜ DEDİM KİMƏ NƏ ?
SAZ KÖKDƏN DÜŞÜBSƏ, ONDA SİMƏ NƏ ?!
EV ÜSTDƏN UÇARSA ONDA HİMƏ NƏ ?
GÜC VERİB HİMİNİ QURDALAMASAN.



SƏNİN SÖZ HİMİNDƏ MƏTİNLİK GÖRDÜM,
HAQQIN YOLÇUSUSAN ÇƏTİNLİK GÖRDÜM.
QƏLBİNİN İŞIĞI GƏTİRDİ MƏNİ,
XIZIR İLYAS KİMİ YETİRDİ MƏNİ.



SÖZ ÜSTƏ ALIŞIB HAVALANMISAN,
“MİSRİ “, “CƏNGİ “ ÇALIB DAVALANMISAN.
QARABAĞ DƏRDİNDƏN YARALANMISAN,
YARAN SAĞALARMI YURD ALINMASA ?!


GÜLƏNDAM DAĞLARQIZI


2 APREL, 2014.


SƏNİ DƏ TAXT –TACDA GÖRDÜM , GÜLƏNDAM...




Əslən Borçalı mahalından olub İncədərəsinin Aslanbəyli kəndinə gəlin gəlmiş


Güləndam Dağlarqızına


O SİRRİ XUDAYA MİN ŞÜKÜR OLSUN,
KÖNLÜNÜ BƏZƏYİB LƏL , CƏVAHİRLƏ.
NƏYİNƏ GƏRƏKDİ DÜNYANIN VARI,
AÇILIR HƏR GÜNÜN NUR SABAHI İLƏ.


KÖKSÜNÜN ALTINDAN SÜZÜLƏN ÇEŞMƏ,
YOLUNA GÜL DÜZÜB, ÇİÇƏKLƏR DÜZÜB.
HƏRƏNİN BƏXTİNƏ YANIR BİR ULDUZ,
SƏNİN TALEYİNƏ AL GÜNƏŞ DÜŞÜB.



OLMAZ HƏR İNSANDA ETİBAR, VƏFA,
SƏNİ SƏDAQƏTLİ GÖRDÜM, GÜLƏNDAM.
SÖZ MÜLKÜ HƏR ZAMAN SAHİB ARAYIR,
SƏNİ DƏ TAXT –TACDA GÖRDÜM , GÜLƏNDAM.



MİN İLMƏ.MİN NAXIŞ VURURSAN SÖZƏ,
BƏZƏYİ TANRIDAN GƏLİR KÖNLÜNƏ.
SÖZÜNDƏ SEHİR VAR,DİLİNDƏ OVSUN,
VAR OLSUN – DEYİRƏM OBA.ELİNƏ.



HEYRAN, NATƏVAN TƏK VARSAN MEYDANDA,
TƏRPƏTDİM KÜLÜNÜ KÖZÜN ALIŞDI.
RUHUN DAĞLARDADIR,A DAĞLAR QIZI,
BİR ƏSİM KÜLƏKDƏN SÖZÜN ALIŞDI.



MİZRAB ƏLLƏ DEYİL,RUHLA ÇALINIR,
QƏLBİNDƏ GÖYLƏRİN RUHUNU GÖRDÜM.
ÖZÜN BİR QARACA,VARLIĞIN ŞİRİN,
CAMALIN HALƏDƏ – NURUNU GÖRDÜM.


FƏRİDƏ BİR İNCİ TAPDI YENƏ DƏ ,
O , DAĞLARIN QIZI – GÜLƏNDAN – GÜLDÜ.
ONUN QƏLB EVİNƏ ELƏ BAXDIM Kİ,
VARLIĞI TİTRƏDİ, ÇÖHRƏSİ GÜLDÜ!...


FƏRİDƏ LƏMAN




QafqazPRESS.az
banner125x125 banner125x125