» » KÖRPƏ DİLƏNÇİNİN SÖYLƏDİKLƏRİ...

KÖRPƏ DİLƏNÇİNİN SÖYLƏDİKLƏRİ...

Müəllif: Sevinc Novruzova
//
Tarix: 22 may 2014
//
Bölmə: Ədəbiyyat
KÖRPƏ DİLƏNÇİNİN SÖYLƏDİKLƏRİ...




BİR KÖRPƏ DİLƏNİR, MƏSUM BİR KÖRPƏ,
SƏHƏRDƏN ÇÖRƏK DƏ YEMƏYİB BƏLKƏ.
BİR KÖRPƏ ƏL AÇIB, YALVARIR YENƏ,
“MƏNƏ ÇÖRƏK PULU VER DƏ, AY NƏNƏ!”

BİR XANIM XALAYA O YAXINLAŞIR,
QADINSA TƏLƏSİK TEZ UZAQLAŞIR.
SÖYKƏNİR O KÖRPƏ BÖYÜK SÜTUNA,
ARTIQ TAB GƏTİRMİR HEÇ AYAĞIDA.

ACLIQ, ƏZAB VERİR, ONA QARNINI-
DİDİB- PARÇALAYIR BİR CANAVAR TƏK.
ZAVALLI, ƏL AÇIB, İSTƏYİR KÖMƏK,
BİR KÖRPƏ DİLƏNİR, MƏSUM VƏ KÖVRƏK!

BİR KÖRPƏ AĞLAYIR ÖZ ANASÜYÇÜN,
DEYİR, NİYƏ ATDI, O MƏNİ, NEYÇÜN?
YOLLARDA DİDƏRGİN, TƏK- TƏNHA QALDIM,
YAŞAMAQ ÇƏTİNDİR, YAMAN MƏNİMÇÜN!

İNSANLIQ NƏDƏDİR, İNSAN NECƏDİR?
ADƏMİN BİR ÜZÜ DAİM GECƏDİR.
ADAMDA ÇOX ÜZ VAR, AMMA NEÇƏDİR?
ONA BU HƏYATDA TƏK PUL GƏRƏKDİR!

ƏLİMİ AÇIRAM, HEÇ PUL QOYMURLAR,
BEŞ QƏPİK NƏDİR Kİ, ONU QIYMIRLAR!
ÖZLƏRİ ÖLKƏNİ TALAN EDİRLƏR,
İNSAN QANI İÇİR, ƏTİN YEYİRLƏR,
(SONRA DA BİZ DOĞRU- DÜZÜK DEYİRLƏR!)

ALLAHA, “RƏHM EYLƏ, SƏN!”- SÖYLƏYİRLƏR,
MƏDİNƏ, MƏKKƏYƏ, HƏCCƏ GEDİRLƏR.
TANRIDAN MƏRHƏMƏT TƏK DİLƏYİRLƏR,
“BAĞIŞLA, İLAHİ, BİZİ BAĞIŞLA!
HƏR AN BİZİ QORU, DAİM ALQIŞLA!”

ARZULAR PUÇ OLUR, ÇÜNKİ İNSANLAR-
OLDUQCA İNSAFSIZ VƏ YAMANDIRLAR!
BAŞQA BİR HƏYATDAN ONLAR QORXURLAR,
BU ŞİRİN HƏYATDAN HEÇ DƏ DOYMURLAR.

DOYMURLAR VAR- DÖVLƏT TOPLAMAQDAN DA,
ÇÖRƏKDƏN DOYMURLAR, HƏTDA SUDAN DA,
ŞİRİN XÖRƏK ZƏHƏR TƏK DADAR SONDA,
İNSANLIQ NƏ PULDADIR, NƏ DƏ Kİ VARDA!

BU GÜN VARLI BİRİSİ, KASIB DA OLA BİLƏR,
BİRİSİ GÜN DİLƏNƏR, XƏSTƏ, KİMSƏSİZ GƏZƏR.
SABAHI KİMSƏ DUYUB, NECƏ HİSS EDƏ BİLƏR?
YALNIZ TANRI İİZLƏYƏR, YALNIZ O DUYA BİLƏR!

GƏLİN ALLAHDAN QORXAQ VƏ BİR ŞEYİ ANLAYAQ:
ƏMƏLİ SALEH İŞLƏRƏ BİZ YALNIZ TEZ BAŞLAYAQ.
YAXŞILIQDIR HƏYATDA TƏK ƏBƏDİ VAR OLAN,
BAŞQA HEÇNƏ DEYİLDİR ÖMÜRLÜK YADDA QALAN!


AYNUR NURLU




QafqazPRESS.az
banner125x125 banner125x125