» » Poeziya yarpaqları

Poeziya yarpaqları

Müəllif: Sevinc Novruzova
//
Tarix: 09 iyun 2014
//
Bölmə: Ədəbiyyat
Poeziya yarpaqları


YENE DE ZENG EDIB DANIŞMIR
KIMSE..
..



Donub dayanmışıq nəfəs-nəfəsə,
Sıxıb nəfəsini saxlayır biri.
Yenə də zəng edib danışmır
kimsə,
Deyəsən səbrimi yoxlayır biri.
...
Dərdini gizlədən biri tapılıb
Nə xoş zamanımdır,nə xoş
çağımdır.
Bilirəm,onsuz da danışan deyil,
Zəng edən bəlkə də son
günahımdır.
...
Yenə də zəng edib, deyəsən odur.
O olsa,gülümü dərib gedərdi.
Səhərlər yolumun üstə dayanar,
Gecələr yuxuma gəlib-gedərdi.
...
Adımı dilinə gətirməsə də,
Birinin qəlbində hələ də varam.
Bircə bu gerçəyi bilirəm ancaq,
O məni tanıyır,mən tanımıram.




O,MENEM.




...
Güneş gözlüm,payız gelib qapıma,
Son gülümü xezan edıb gedecek.
Külekleri sovuracaq izini,
Yağışıyla meni döyüb gedecek.
...
Sen gelmesen,qar getirer bu payiz,
Soyuq çöker yastığımı üşüder.
Küser,özge yar getirer bu payız,
Seni menden,meni senden
götürer.
...
Yetmedimi,yalan yerde qaldığın,
Qorxuları sağda saxla solla gel.
Bütün yollar zalımların elinde,
Men dediyim cığırla gel,yolla gel.
...
Güneş gözlüm,gerçeyim i bağışla,
Yalan olan bir doğru var,o,menem.
Sevgisini nefesinde gizleden,
Heyatında bir oğru var,o,menem.


MENIM ŞERIM.


...
Menim şerim pünhan geler,
Yerle-göyün arasından.
Yana-yana xeber verer,
Mezlumların yarasından.
...
Menim şerim göz yaşıdır,
Axar yanaqdan-yanağa .
Misraları öz renginde,
Yaxar dodaqdan-dadağa .
...
Qurumayıb hele nemdir,
Etle dırnaq arasında.
Menim şerim bir alemdir,
Ruhla barmaq arasında.
...
Menim şerim azanları,
Menziline ötürendir.
Uzaqlara gedenleri,
Yaxınlara getirendir.
...
Qonaq geder zirvelere,
Iti seken qartalı var.
Menim şerim cansiz deyil,
Her nefesde Iqbalı var.


KÜLEK ONU MENE GETIR...
...

Gedibdir dönmez, bilirem,
Öler öyünmez,bilirem ,
Men desem gelmez bilirem,
Külek onu mene getir.
...
Dumani qov,çeni apar,
Saçimdaki deni apar,
Götür menden meni apar,
Külek onu mene getir.
...
Deli kimi baglanmişam,
Dag kimiyem,daglanm işam,
Bir payizda saxlanmişam,
Külek onu mene getir.
...
Üreyine axim,getsin,
Gözlerine baxim,getsin,
Ömürlük darixim,getsin,
Külek onu mene getir.


SENIÇÜN ŞERLER YAZIRAM YENE...

...
En gözel şetirler yazdım seninçun,
Bütün hisslerimi yığıb bir yere.
Sevgin bir yarpağın ömrü
qedermiş,
Qopub gencliyimden tökülür yere.
...
Düşüne bilmirem düşüncelerim,
Xebersiz getdiyin yerde dayanır.
Uzağa baxıram,gözum yuxulu,
Gözlerim itdiyin yerde oyanir.
...
Taleyi,qismeti zalım elinde,
Seven esir düşmüş qullar kimidir.
Tozu-tozanağı,d umanı ağır,
Sonu görünmeyen yollar kimidir.
...
Bilirem,bir yalan içindeyik biz,
Men sene yasağam,budurmu
gerçek?
Seninçün şerler yazıram yene,
Ey eli xınalı,ey üzü göyçek.

İQBAL NEHMET


QafqazPRESS.az
banner125x125 banner125x125