» » Poeziya yarpaqları

Poeziya yarpaqları

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 iyun 2014
//
Bölmə: Ədəbiyyat
Poeziya yarpaqları

Giley

SORUŞMURSAN Kİ, NECƏSƏN,
DEMƏK, YADINDAN ÇIXMIŞAM.
ELƏ BİL Kİ, MƏN DÜŞMƏNƏM
SƏN İSƏ MƏNİM RƏQİBİMSƏN.

AHIN MƏNƏ AĞIR GƏLİR,
YÜKÜNÜ ÇƏKƏ BİLMİRƏM.
SÖKÜB TÖKMÜSƏN QƏLBİMİ,
İNAN Kİ, TİKƏ BİLMİRƏM.

DAMLALARDAN YIĞILMIŞAM,
BAXIŞINDAN ƏRİYİRƏM.
GÖRÜŞÜNƏ UÇAR İDİM,
İNDİ GƏLƏ BİLMƏYİRƏM.

İNTİZARIM PAYIZ OLDU,
KÜLƏYİNDƏN ASILMIŞAM.
DİRİ EŞQİ DƏFN ETMƏYƏ
ÜRƏYİMDƏN QAZILMIŞAM.




XƏYALLAR




GÜLMƏLİ GÖRÜNÜR İNDİ XƏYALLAR,
MƏN DƏ MƏN DEYİLƏM, SƏBİRLİ, GÜMRAH.
BİR KÖHNƏ MƏZAR TƏK SUSUB ARZULAR-
MƏHƏBBƏT SƏN DEMƏ GÜNAHMIŞ, GÜNAH.

BİZİM SEVGİMİZİ YAD EDƏN DİLLƏR,
GƏTİRİN SON DƏFƏ BİR SUAL DİLƏ,
ƏGƏR QƏBAHƏTSƏ SEVİLMƏK, SEVMƏK-
BƏS NEYÇÜN GÜLLƏRƏ BƏNDDİR BÜLBÜLLƏR?

SƏNİ İTİRMƏKDƏN QORXURAM YAMAN,
QORXURAM BU GÜNÜN SABAHINDAN DA.
QƏLBİMDƏ BİR OD OL, YENƏ ALOVLAN,
KEÇMƏ DÜNƏNİMƏ, QAL YADDAŞIMDA.

GƏL UNUT “AYRILIQ” DEYİLƏN SÖZÜ,
UNUT KEÇMİŞİNİ, UNUT DÜNƏNİ.
HƏSRƏT QALAN DEYİL, GEDƏCƏK ÖZÜ,
SƏN QAYTAR BU GÜNƏ ÖLMÜŞ SEVGİNİ.

ÜZSÜN ARZULARDA XƏYAL GƏMİMİZ,
BATMASIN KƏDƏRƏ, QƏMƏ BİR ANDA.
AÇSIN BU MƏHƏBBƏT QIZIL GÜL KİMİ,
SOLMASIN SOYUQDA, ÇOVĞUNDA, QARDA!

YENƏ O GÖZLƏRLƏ RASTLAŞDIM...
QƏFİL O GÖZLƏRLƏ RASTLAŞDIM, YENƏ,
SANDIM Kİ, BƏXTƏVƏR ANIMDAKI TƏK-
GÜLÜB SEVİNƏRİK BİZ DÖNƏ-DÖNƏ,
ARTIQ BU HİSSLƏRƏ SON QOYUM GƏRƏK.

YENƏ O GÖZLƏRLƏ RASTLAŞDIM, DÖNÜB-
ARXAYA BAXDIQDA ÜMİD DİLƏDİM.
MƏN BİR DİLƏNÇİYDİM YOL KƏNARINDA
SƏNSƏ SULTAN KİMİ ZİRVƏDƏ İDİN.

O DƏLİ BAXIŞI YENƏ İSTƏDİM,
YALVARDIM DÖN GERİ, O QAYITMADI.
TƏNHAYAM, GƏL AXTAR, SƏNSİZƏM DEDİM-
KÜSKÜN BAXIŞLARI MƏNƏ YANMADI.

GƏL TALEYİN ACIĞINA BİRLƏŞƏK,
NƏ MƏN QÜSSƏLƏNİM, NƏ DƏ SƏN KÖVRƏL.
BİRBAŞA ÖMÜRDƏN HESAB İSTƏYƏK,
VİRANƏ QƏLBİMİN SULTANI GÖZƏL.

QİSMƏT BİZƏ YAR OLMADI, NEYLƏYƏK?
SEVİNCİMİZ QƏMƏ DÖNDÜ BİR ANDA.
ƏCƏL ADLI DOSTUMUZDAN YAN GƏZƏK-
DÜŞMƏN OLAR İSTƏDİYİ MƏQAMDA.

GƏL HƏYATIN ACIĞINA BİRLƏŞƏK,
NƏ MƏN KƏDƏRLƏNİM, NƏ DƏ SƏN AĞLA.
ÖMRÜN SEVİNCİ İLƏ BİRGƏ GƏZİNƏK,
MƏN UÇUM GÖYLƏRƏ, SƏN AY TƏK PARLA.

GƏL YADLARIN ACIĞINA BİRLƏŞƏK,
MƏNİ DƏ, SƏNİ DƏ SEVMƏYİR ONLAR.
SEVİNCİMİZ DAŞSIN, BƏRABƏR GÜLƏK,
YAŞAYAQ FİRƏVAN, OLAQ BƏXTİYAR...





AY ƏZİZ BAKI!



NƏ VAXTDIR OBAMDAN MƏN UZAQLAŞIB,
ELİMƏ GÜNÜMƏ SANKİ YADLAŞIB,
SƏNİN QONAĞINAM AY ƏZİZ BAKI,
ODLAR DİYARINI YENİLMƏZ TAXTI!

BİRCƏ DARIXDIĞIM İNSAN VAR- ANAM,
YUXUMA GƏLİR O, QOYMAYIR YATAM,
GECƏLƏR ŞİRİN BİR YUXUYA BATAM,
GƏRƏK MƏSKƏNİMİ TEZLİKLƏ ATAM.

ODUR Kİ, MƏN SƏNƏ “SAĞOL” DEYİRƏM,
BƏXTƏVƏR, MİN YAŞA, VAR OL, GEDİRƏM.
BİR ZAMAN MƏN YENƏ GERİ DÖNƏRƏM,
İNAN BU KƏLMƏYƏ, MƏN SÖZ VERİRƏM.

TƏNHA ANLARIMDA DƏNİZ ANA TƏK,
HƏZİN LAYLA ÇALIB MƏNƏ ASTADAN.
MƏN QƏRİB SANDIQDA ÖZÜMÜ- KÜLƏK,
BİR MEH OLUB, SIĞAL ÇƏKİB ALNIMDAN.

QOYMAYIBLAR YALNIZ MƏNİ ULDUZ, AY,
BİRİ BƏXŞİŞ OLUB, DİGƏRİSƏ- PAY,
BİRİ PARLAYIBDIR HEY BAŞIM ÜSTƏ,
DİGƏRİ NUR SAÇIB HƏM QIŞ, HƏM DƏ YAY.

SƏN EY NURLU ŞƏHƏR, YAŞA DÜNYADA,
SƏNİ UNUTMARAM MƏN BU HƏYATDA,
ŞƏHƏR, SALAMAT QAL, DƏNİZ- ƏLVİDA!
ANAM NİGARANDIR, MƏN GEDİM DAHA!



SƏNİ SEVMƏYİMDİR GÜNAHIM...




SƏN BAŞQA QOLLARDA İSİNƏN ZAMAN,
ƏKSİMLƏ OTAQDA TƏK GÖRNÜRƏM.
XƏYALIM GERİYƏ QAYIDAN ANDAN-
NAKAM SEVGİMİZƏ AD DÜŞÜNÜRƏM.

YARALI QƏLBİMİN SIZILDAR RUHU,
SIZILDAR KÖNLÜMDƏ SAĞALMAZ YARA.
EŞQİMİZ ÇEVRİLİB, OLUB BİR YUXU-
İNDİ SEVMƏK HARA, SÖYLƏ, MƏN HARA?

SƏN BAŞQA BİRİNƏ SIĞINAN GÜNDƏN,
MƏNİM BUZ ÜRƏYİM İSİNMƏK BİLMİR.
ALIŞIR BU QƏLBİM, QOVRULUR KİNDƏN,
SUSUBDUR TARIM DA, KAMANIM DİNMİR.

YADINA DÜŞÜRMÜ ÖTƏN GÜNLƏRİN,
ŞİRİNLİ, ACILI XƏYAL İZLƏRİ?
XATIRLAYIRSANMI SƏNİ SEVƏNİN
“AYRILMA, GƏL GETMƏ”- O SON SÖZLƏRİ?

SƏN YENİ HƏYATA BAŞLAYAN GÜNDƏN,
MƏN SON SAATLARI HESABLAYIRAM.
DƏQİQƏM KEÇMƏYİR, DÖNÜB BİR İLƏ-
ÖLÜM, APAR MƏNİ, ÇOX YALVARIRAM.

BAŞQA BİR DÜNYAMLA QOVUŞACAĞAM,
SEVƏNLƏR ORADA GÖZLƏYİR YALQIZ.
ANCAQ HƏSRƏTİNLƏ QOVRULACAĞAM,
SƏNİ SEVMƏYİMDİR GÜNAHIM YALNIZ,
SƏNİ SEVMƏYİMDİR GÜNAHIM YALNIZ...





Aynur Nurlu



QafqazPRESS.az
banner125x125 banner125x125