Məktub - Leyla Əiyeva
Leyla Əliyeva
Yazıçı-publisist Mahir Qabiloğlu Azərbaycan prezidentinin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın növbəti şeirinin tərcüməsini Modern.az saytına təqdim edib.
“Məktub” adlı həmin şeiri ixtiyarınıza veririk.
(Письмо)
Mən məktub yazmamışam,
Sənə bircə kərə də;
Hisslər yığılıb qalıb
Qəlbin dərinliyində...
Çəkinmişəm, qorxmuşam, -
Bilirsən nəyə görə? –
Layiqli söz tapmıram,
Ürəyin sözlüyündə.
Dünyada milyon söz var,
Nə olsun ki – çifayda..!
Hissləri çatdırmağa
Bunlar yetmir haraya...
Sükuta tapınıram,
O da mənim ruhuma...
Ruhumdakı duyğular
Uçub yetişir ona...
Sən hər şeyi eşidir,
Anlayırsan, bilirsən.
Aydın, təmiz səmada,
Yağışı özləyirsən.
Oxuyursan qəlbimi
Kitab oxuyan kimi;
Günəş səndən pay alıb
Düzür şəfəqlərini...
Hiss edirsən sən həmən,
Əsən, coşan Xəzrini
Divarın o tayına,
Qısılan gizlinləri.
Sinə gərirsən hətta,
Nəhəng aysberqlərə,
Buraxırsan geridə,
Buz qıran gəmiləri.
Zülmətdə bütün şamlar
Əriyib muma dönsə;
Ulduzlar işıq salar –
Bu əngin asimandan...
Gecədir, yuxudayam –
Köhnə görüş yerində...
Bir görüşün xətrinə
Yataram lap yüz il də...
Yenə gecə yarıdır,
Gerçəklik zilə çıxır,
Güzgülər də sayrışmır,
Əksim - aydın səmadır...
Yenə gecə! – Onunla
tənha deyiləm, bəli..!
Yanımda olmasan da –
Yadımdasan, ay dəli..!
Tök daşı ətəyindən
Fəth elə zirvələri,
Keç çayları, dənizləri,
Sahil öpən ləpələri,
“Əngin, atlas ovaları”,
Ucsuz-bucaqsız düzləri.
Haydı, gəl! Yolda qoyma
Vüsala həsrət gözləri..
Bəs niyə ağlayırsan? -
Buna səbəb görmürəm. -
Xahiş etmə, əbədi
Sənin ola bilmərəm...
Ömür-gün yoldaşı tək
Qarımaq istəmirəm.
Əbədiyyət şəlalə -,
Onu ram edəmmirəm...
Mən məktub yazmamışam
Sənə heç bir kərə də.
Axır ki, qərar verdim –
Məktub yazacam - deyə
Lüğəti varaqladım,
Kasad göründü mənə.
Bircə “SEVİRƏM” sözü
Bəs etdi hislərimə...
Qanad verdi naməmə...
Ruscadan çevirəni: Mahir QABİLOĞLU
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR