» » Bakıda 25 manatlıq fahişələr: əxlaqsız qadınlar qurbanlarını tora salır

Bakıda 25 manatlıq fahişələr: əxlaqsız qadınlar qurbanlarını tora salır

Müəllif: Sevinc Novruzova
//
Tarix: 04 aprel 2014
//
Bölmə: Gündəm
Bakıda 25 manatlıq fahişələr: əxlaqsız qadınlar qurbanlarını tora salır

Bakıda əxlaqsızlıqla məşğul olan qadınların “yuvası” açıq-aşkar reklam olunur.

ANS PRESS-in məlumatına görə, fahişə qadınlar özlərini sosial şəbəkələr vasitəsilə reklam edərək, intim xidmət göstərməsi barədə məlumatlar yerləşdirirlər.

“Odnoklassniki.ru” saytı vasitəsilə fahişə qadınlar xidmət təklif edir və öz müştərilərini görüşə çağırır.

Qeyd edək ki, həmin web ünvanlar bunlardır:

http://ok.ru/profile/567276899758/statuses/62509579354286

http://ok.ru/profile/562962269161

http://ok.ru/profile/548162149367

http://ok.ru/profile/574708809253/statuses/62488852867877

http://ok.ru/profile/574708809253/statuses/62488852867877

http://ok.ru/profile/562825684167

http://ok.ru/profile/570522130191/statuses/62408780357647

Kişilər həmin qadın profilindəki nömrələrə zəng edir, telefona cavab verən qadınlar onlara zəng edən qurbanlarına görüşmək üçün Səməd Vurğun parkının yanına gələrək onlara yenidən zəng vurmağı deyirlər. Oraya gələn "qurban" yenidən zəng vurub orada olduğunu bildirdikdən sonra S.Vurğun Parkından bulvara gedən istiqamətdə (təxminən 100 metr) "Anadolu" adlı restoranın yanına gəlməyi bildirirlər. Buraya da gəldikdən sonra "Anadolu" restoranı ilə üzbəüz, yolun əks tərəfində yerləşən gül-çiçək dükanının sağ tərəfində yerləşən zirzəminin çıxışında dayanan və telefonla "qurban" ilə danışan qadın kişini zirzəmiyə dəvət edir. Zirzəmi diskoteka kimi bir yerdir, içəridə mahnı qoşulub, qaranlıq yerdir və hərəkət edən və sayrışan rəngli işıqlarla təchiz olunub, amma bir az səliqəsiz və köhnə təmirlidir.

"Qurbanı" içəriyə aparan qadın onu hər iki tərəfdə yalnız 2 nəfərin əyləşməsi mümkün olan 4 nəfərlik masalardan birinə əyləşərək bir qədər gözləməyi bildirir. Bu zaman "qurbana" arxa tərəfi zirzəminin giriş qapısına olan yeri təklif edir, üzbəüzdə olan iki yerin birində başqa qadın yoldaşı ilə özü əyləşmiş olur ki, "müştəri" onun yanında əyləşə bilməsin. Beləliklə "müştəri"nin xəbəri olmadan zirzəminin giriş qapısını içəridən bağlayırlar. Onlarla bir masada əyləşdikdən sonra ilk sual bu olur: "Siz haralısınız? Bakılı deyilsiniz ki?".

Bundan sonra saytda göstərilən "25" manatı "qurbanın" əvvəlcədən ödəməsini bildirir və həmin pulu alırlar. Bu əsnada qadınlardan biri ofisiantı çağıraraq özünə və yanında əyləşən xanıma nə isə sifariş edir. Sonra ofisiant xanım iki qədəh içki, içərisində çips və fıstıq olan boşqab gətirib qadınların qabağına qoyur. Bundan sonra "qurban"la üzbəüz əyləşən digər qadın ofisiantı çağıraraq bu dəfə də özü içki sifariş verir və içki gətirilir. Təxminən bir dəqiqədən sonra qurbanı qapı ağzında qarşılayaraq içəriyə dəvət edən qadın ayağa qalxaraq qurbana arxasınca gəlməyi bildirir və diskotekanın içərisində yerləşən, bar adlanan piştaxtaya yaxınlaşır və qurbanın da yaxınlaşmasını bildirir.

Piştaxtaya yaxınlaşdıqda arxada dayanan başqa bir qadın qurbana kağız üzərində əl ilə yazılmış, heç bir kassa çeki olmayan hesab təqdim edir. Ona çox böyük məbləğdə borcu olduğunu bildirir. Bundan sonra qurban ilk öncə nə baş verdiyini anlamadığına görə bu hesabı nə üçün ödəməli olduğunu soruşur. Ona bildirirlər ki, bu sifarişləri sizinlə bir masada əyləşən xanımlar veriblər və buna görə hesabı siz ödəməlisiniz. Qurban etiraz etdikdə isə, təxminən 180 sm boyu olan, 27 yaşlarında, qara puloverli oğlan qurbana yaxınlaşaraq hədələyir, pulu ödəməyəcəyi təqdirdə onu əzişdirəcəyini bildirir. Bundan sonra idmançı bədənli, təxminən 170 sm boyu olan, 32 yaşlarında, ağ pulover geyinmiş başqa bir oğlan qurbana yaxınlaşaraq qurbanın haralı olduğunu soruşur, yumruqlarını sıxıb daha şiddətli şəkildə qurbanı hədələyərək təkidlə içəridə yerləşən başqa bir otağa keçməyi bildirir. Bu hadisələr baş verən zaman piştaxta arxasında olan təxminən 35 yaşlarında, 170 sm boyu olan bir kişi ortaya çıxaraq onlara dəstək olur.

Bundan sonra yaşlı kişi yaxınlıqda yerləşən stola əyləşərək qurbana öz yanında əyləşməsini bildirir və söz verir ki, ona heç nə etməyəcək. Qurban kişinin yanında əyləşdikdən sonra kişi qurbana bildirir ki, uydurma hesabın nə qədərini ödəyə bilərsənsə, ödə. Qurban canını oradan salamat qurtarmaq üçün razılaşaraq üstündə olan pulları onlara verir. Bundan sonra qurbana getməyə icazə verirlər və bildirirlər ki, polisə əbəs yerə özünü yorub xəbər vermə, çünki biz özümüz də polislərlə əlbir işləyirik. Diskotekaya bənzəyən həmin zirzəmidə çol tərəfin görüntüsünü göstərən monitor quraşdırılıb ki, içəriyə polis gələrsə, əvvəlcədən xəbərləri olsun.

Hesab edirəm ki, bu dəstə üzvlərini cinayət məsuliyyətinə cəlb etmək üçün mülki geyim geyinmiş və lazımi texniki qurğularla (gizli kamera, diktofon və s.) təchiz olunmuş hüquq-mühafizə orqanının nümayəndəsi "odnoklassniki.ru" sosial şəbəkəsində olan və yuxarıda qeyd etdiyim web ünvanlarda yerləşən telefon nömrəsi ilə əlaqə saxlayaraq sadə vətəndaş kimi qadınlarla danışıb onların dəvətindən sonra sözügedən zirzəmiyə gedib onlara əvvəlcədən nişanlanmış pul əskinasları verərək cinayət məsuliyyətinə cəlb edə bilər, zənnimcə, əks təqdirdə onları törətdikləri soyğunçuluq əməllərinə görə cinayət məsuliyyətinə cəlb etmək çətin olar.

Məsələ ilə bağlı Səbail rayon Polis İdarəsi və qeyd olunan əraziyə nəzarət edən 9-cu polis bölməsinə müraciət etdik. Səbail rayon Polis İdarəsindən ANS PRESS-ə məlumat verdilər ki, bununla bağlı onlara şikayət daxil olmayıb. İdarədən deyilən ünvanın qeyd olunduğunu və məsələ ilə bağlı polislərin maraqlanacağı bildirildi.

Səbail rayon Polis İdarəsi 9-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, məsələ ilə bağlı mütləq araşdırma aparılacaq. Hətta bölmədən bildirildi ki, əgər məsələ ilə bağlı hansısa əməliyyat keçirilərsə, jurnalistlərimizlə əlaqə saxlanılacaq.

QafqazPRESS.az
banner125x125 banner125x125