Bakı metrosunda qadınlar əlbəyaxa oldular
Bu gün "Nərimanov" metrostansiyasında qadınlar əlbəyaxaya çıxıblar.
Milli.Az-ın əməkdaşı bildirir ki, qatara minən zaman bir qadın digərinin ayağını tapdalayıb. Bu, zərərdidənin xoşuna gəlməyib və qışqırmağa, qarşıdakı xanımı təhqir etməyə başlayıb. "Heyvan" sözünü eşidən digər xanım da dözməyib, zərərdidənin yaxasından yapışıb. Ətrafdakılar saçyolduya imkan verməyib onları aralasalar da, təhqir edən xanım "Gənclik" metrosunadək susmayıb. Orada qatarı tərk edincə sərnişinlər rahatlaşıblar.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR