GÜRCÜSTANDAN AZƏRBAYCANA "DONUZ QRIP"I TƏHLÜKƏSI (ŞƏRH)
Gürcüstanda "donuz qripi" adlandırılan H1N1 virisundan iki nəfər ölməsi həmsərhəd ölkələrdə narahatlığa səbəb olub. Gürcüstanla Azərbaycan arasında sıx gediş-gəlişin olmasını nəzərə alsaq, qonşu ölkədə "donuz qripi"ndən ölüm hadisəsinin baş verməsi bizi də təlaşlandırır.
"Sputnik Azərbaycan" ölkəmizdə H1N1 virisu ilə bağlı epidemik durumu araşdırıb.
Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev açıqlamasında bildirib ki, Azərbaycanda "donuz qripi" ilə bağlı heç bir narahatlığa əsas yoxdur. İ.Ağayev sərhəddən keçənlər arasında "donuz qripi"nə şübhəli şəxslərin dərhal müayinədən keçirildiyini və nəzarətdə saxlanıldığını söyləyib:
"Bu gün sərhəd və gömrük keçid məntəqələrinin hər birində karantin şöbələri fəaliyyət göstərir. Ölkəmizə infeksion xəstəliklərin yayıldığı ölkələrdən daxil olan bütün nəqliyyat vasitələri dezinfeksiya edilir. Yüksək temperatur, halsızlıq müşahidə edilən şəxslər müayinədən keçirilirlər. Hətta ölkə ərazisində hər hansı polikilinikaya və xəstəxanaya yüksək temperatur, qrip əlamətləri ilə bağlı müraciət edən şəxs varsa belə, insanlardan analiz götürülərək laborator şəraitdə yoxlanılır. Amma indiyədək belə narahatlıq doğuracaq hadisə aşkarlanmayıb. Ona görə də, əhali arasında Gürcüstanda yayılmış H1N1 virisu ilə bağlı panika yaratmağa ehtiyac yoxdur. Ölkəmizdə H1N1 virisu ilə bağlı aşkarlanma qeydə alınmayıb".
Qeyd edək ki, Gürcüstanda "donuz qripi"ndən iki nəfərin öldüyünə dair məlumat yayılıb. Ölümə məhz H1N1 virusunun səbəb olması laborator yoxlamalarla təsdiq olunub. Bunu Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib. Onun sözlərinə görə, ölümə məhz H1N1 virusunun səbəb olması laborator yoxlamalarla təsdiq olunub. Mərkəz rəhbəri qeyd edib ki, hazırda ölkədə A və B tipli qrip virusu yayılıb. O qeyd edib ki, qripə yoluxma halları illik müqayisədə azdır.
"Sputnik Gürcüstan"ın yaydığı məlumata görə, Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin elmi direktoru Paata İmnadze də keçirdiyi mətbuat konfransında qrip hücumlarının - H1N1 virusunun Gürcüstanda daha tez-tez baş verdiyini təsdiqləyib. O bildirib ki, Gürcüstanda qrip epidemiyası təhlükəsi yoxdur. Son bir həftəyə görə, belə hadisələrin sayı 100 min nəfərə 190 nəfərdir: "Gürcüstan üçün hər 100 min nəfərə 450-550 hal epidemioloji təsir sayılır. Ötən il eyni dövrdə 100 min nəfərə 220 hadisə, pik dövrdə isə 280 hadisə qeydə alınmışdı. Epidemiya barədə danışmaq olmaz, qrip əsasən uşaqlar arasında yayılır, xəstəxanaya yerləşdirmə gənc uşaqların üzərinə düşür, böyüklər üçün xəstəxanalar həddən artıq yüklənmir".
Məlumat üçün bildirək ki, ötən ilin dekabr-yanvar aylarında Gürcüstanda H1N1 virusu geniş yayılmışdı. Bu virusdan ölənlərin sayı 22 nəfər olub.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR