Ermənilər Azərbaycan almanlarına çox acılı günlər çəkdiriblər
Almanlar ermənilərdən çox acılı günlər görüb. Ermənilər bu yazıdan sonra www.turkiyehaberajansi.com saytını dağıtmışdılar. O vaxta kimi bu yazını oxuyanların sayı (on gün içərisində) 150 min nəfəri keçmişdi. Qeyd edək ki, həmin yazı alman dilinə də tərcümə olunmuşdu. (www.turkiyehaberajansi.com saytı fəaliyyətini yenidən bərpa edib)
Bu yazı “Almaniyada alman xalqının kitabı xəzinədən üstün tutması” başlığı altında dərc olunmuşdu. Bundan narahat olan ermənilər bələdiyyəyə şikayət məktubları ünvanladılar. Ermənilərlə azərbaycanlılar arasında münaqişələrə səbəb olan saxta məlumatlar yayaraq, ara qatmağa çalışdılar. Onu da bildirək ki, ermənilər alman xalqına qarşı da terror aktları törədiblər. Ermənilərin bu şikayətindən sonra Münhen şəhərinin bələdiyyəsi bizim diaspora məlumat verib bu yazı haqqında faktlar tələb etdi. Bu, iddia olaraq qala bilməzdi, çünki söhbət alman xalqının tarixindən gedirdi. Ermənilərin almanlara qarşı terror aktları barədə Azərbaycan diasporunun Münhen nümayəndəliyindən Akif müəllim mənimlə əlaqə yaradıb bu fakların doğruluğunu dəqiqləşdirmək istədi. Onu da deyim ki, Almaniyada yaşayan türklər, azərbaycanlılar bu yazını alman mətbuatında yayımlamışdılar və yazı ajiotaj yaratmışdı. Bu maraqdan narahat olan ermənilər bizdən şikayət etmişdilər. Bələdiyyə yazı haqqında faktlar istədi, mən də öz növbəmdə lazımi məlumatları Akif Məmmədova təqdim etdim:
““Daşnaksütyun” terror partiyası Yelendorf (Xanlar) almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur ediblər. Onlar o zamankı şərab istehsalçıları olan Forer və Qurr adlı almanlardan 30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün qətlə yetirilib”.
Bu faktlardan sonra Almaniya bələdiyyəsi Almaniyada yaşayan ermənilərə xəbərdarlıq etmişdi ki, “siz məsələni qaldırmaqla alman xalqına bilmədikləri həqiqətləri çatdırdınız”.
Bələdiyyə “siz ermənilər bizim millətə qarşı terror faktları törədiblər” deyə mənim göndərdiyim faktları, mənbələri ermənilərə göstərərək bildirmişdi ki, “gedə bilərsiniz, biz sizin kim olduğunuzu öyrəndik, sizi tanıdıq”.
Sonra Münhendəki diasporamun nümayəndəsi Akif Məmmədov mənə təşəkkürünü bildirdi. O dedi ki, “bu hadisə Almaniyada çox müsbət qarşılandı”. O məni bələdiyyəyə, sonra da bir partiyaya dəvət etdi. Müxtəlif səbəblərdən Almaniyaya gedə bilmədim. Mənim yazım və almanlara təqdim etdiyim faktlar ermənilərə çox pis təsir etmişdi. Bu yazının mənbəyini axtararaq www.turkiyehaberajansi.com saytını dağıtmışdılar.
Əsasən də mənim yazılarımı. Sayt bir aydan sonra bərpa olundu. Mənim türk saytlarında cəmi üç yazımı yenidən bərpa edə bildilər.
Yazıda erməni terroru, almanlara qarşı terror aktları, Azərbaycan tarixindəki dostluq münasibətləri, almanların Azərbaycana gəlişi, əlaqələrdən bəhs olunur. Yazı Azərbaycan mediasında da geniş işıqlandırılıb.
Ermənilər Azərbaycan almanlarına çox acılı günlər çəkdiriblər
“Türk mətbuatı Tovuzdakı alman mədəniyyəti haqda”
Azərbaycan qədim və zəngin mədəniyyətə malikdir. Həmçinin, Azərbaycan ərazisində yaşayan digər xalqlar bu zənginliyə bir qədər də rəng qatıblar. Ölkə prezidenti də bu barədə dəfələrlə bildirib ki, bu zənginlik, ölkəmizdə fərqli xalqların dinc, yanaşı yaşaması bizim sərvətimizdir. Azərbaycan xalqının yüksək tolerant mədəniyyətə malik olduğunu və xoş ünsiyyətə üstünlük verdiyini bariz bir şəkildə göstərir. O cümlədən, XVIII əsrdə Azərbaycana köçmüş almanların öz mədəniyyət və məişətlərini rahat bir şəkildə yaşatmaları da bundan xəbər verir. Almanlar Azərbaycanın qərb bölgəsində – indiki Göygöl, Tovuz, Şəmkir rayonlarının ərazisində məskunlaşıblar və Yelenendorf, Annenfield, Traubenfield kimi yaşayış məskənləri salıblar. Amma məhz ermənilər burada onlara da dinclik verməyib.
Almanların o zaman ölkəmizə köçməsi və burada qoyduqları izlər barədə fikirlərimi bildirmişdim: “Dünya tarixində iz qoyan alman xalqı ilə azərbaycanlılar arasında zaman-zaman möhkəm dostluq telləri mövcud olub”.
Bir yazıçı olaraq bu maraqlı mövzu mənim də nəzərimdən yayınmayıb və yaxınlarda çap olunmuş “27 ildən sonra” kitabımda bu barədə geniş bəhs olunub. Belə ki, həmin kitabda alman və Azərbaycan xalqlarının tarixindən, almanların Azərbaycana gəlişindən, yerli camaatla almanların dostluğundan ətraflı yazmışam, kitabımda 159-cu səhifədən başlayaraq bu barədə ətraflı bilgi verilir.
Tədqiqatçının fikrincə, o zamanlar almanlar Tovuzu öz dillərində Traubenfield adlandırırdılar.
Siemens qardaşlarının KO şirkəti Gədəbəy və Daşkəsəndə filiz hasilatı ilə məşğul idi. 1879-cu ildə Zaqafqaziyada ilk dəfə uzunluğu 32 km olan 33 vaqondan ibarət dörd lokomotivli dəmir yolu çəkmişdilər. Həmin vaxtlarda tikilmiş Xanlar şərab zavodunun da adını Siemens qardaşları qoyublar. 1914-cü ildə birinci dünya müharibəsi zamanı rus çarı II Nikolay Krım, Moldova, Şimali Qafqaz və Volqaboyunda yaşayan almanları Sibirə sürgün etdi. Bu vaxt Gəncə quberniyasında yaşayan almanların da köçürülməsi gündəmdə idi. Rəfibəyov qardaşları, Paşa Qasımov Qafqaz canişininin yanına gedib, almanlara zamin duraraq onların köçürülməsini dayandırıblar. Onu da qeyd edim ki, Paşa Qasımov mənim babamın qardaşıdır. Almanlar Xanlar rayonundan sürgün ediləndən sonra ermənilər alman evlərinə yerləşdirildilər. Eləcə də Şəmkir, Tovuz rayonlarında almanların evlərinə ermənilərin yerləşdirilməsi faktları var. 1941-ci ildə almanlar Azərbaycandan sürgün ediliblər. Hələ o dövrdə erməni milyonçularının Azərbaycanda yeritdiyi terror və soyqırımı siyasətindən almanlar da əziyyət çəkiblər. “Daşnaksyutun” terror partiyası Yelendorf (Xanlar) almanlarını partiyanın xəzinəsinə xərac verməyə məcbur edib. Onlar o zamankı şərab istehsalçıları olan Forer və Qurr adlı almanlardan 30 min rubl pul tələb ediblər. Qurr bu məbləği ödəyə bilmədiyi üçün qətlə yetirilib. Sovetləşmədən sonra ermənilər Azərbaycan almanlarına “antisovetçi” damğası vuraraq bildirmişdilər ki, 1918-ci ildə Azərbaycanın müstəqilliyinə almanlar böyük təntənə ilə dəstək verərək Azərbaycana gəlmələrinin 100 illiyini qeyd ediblər. Ermənilər Azərbaycana həmrəy olan almanları güllələyiblər. Beləliklə, almanlar ermənilərdən çox acılı günlər görüb.
Daha sonra almanların tarixi barədə fikirlərinə davam edən tədqiqatçı deyir ki, 1941-ci ildə rayonun hörmətli sakinlərindən biri olan Qasımov Paşanın evində də yoxlama keçirilib: “Evdən alman kitabları tapıldığına görə onu həbs ediblər. Paşa Qasımov vaxtilə Qori seminariyasının Gəncədəki Tatar məktəbini oxumuşdu. Sonradan Azərbaycanın vəzifəli şəxsləri olmuş Həmid Sultanov, Musa Şəmşəddinski Paşanın tələbə yoldaşları olublar. Gəncə milisi Qara Camala Paşanı azad etməyi tapşırır. Sonra Qasımovun evindən götürülmüş kitabları tərcümə etdirirlər, məlum olur ki, bu kitabda dərmanların hazırlanması, xəstəliklərin müalicəsi, tibbə aid çox şey yazılıb. Kitab vasitəsilə dərman hazırlayıb, cəbhə bölgələrinə yollayırlar. Bu dərmanlar çox faydalı olduğu üçün Paşanı azad edərək ona pul mükafatı da veriblər. Eyni zamanda Qazax, Tovuz, Şəmkir, Gədəbəy rayonları birləşmiş olduğu vaxtlarda onu rayon icra komitəsinin sədri təyin etmişdilər.
“27 ildən sonra” kitabının 163 və 164-cü səhifələrində 1937 -ci ildə çəkilmiş şəkillərdə Paşa almanlarla birlikdədir. 1953-cü ildə babamın dostu Şoler Tovuza gəlir, Paşanın qonağı olur. O, Qazaxıstanda yasadığını bildirir. O, Tovuzdakı kəhrizi inşa etdirmişdi. Şoler bir həftədən sonra Qazaxıstana gedir. Babam Paşa kişi deyir: “Bundan sonra rahat ölə bilərəm. Əmanəti sahibinə çatdırdım”. Atam deyir ki, Şoler və onun iki qızı həkim idi. Həmin kitablar da qızlarının idi. Almanları 1941-ci ildə sürgün edərkən o, qızıllarını, qiymətli əşyalarını etibarlı dostu Paşa Qasımova saxlamağa vermişdi. O, 1953-cü ildə qızıllarını alır. Kitablarının müsadirə edildiyini eşidəndə babama deyibmiş ki, “kaş bütün qızıllarımı müsadirə edərdilər, kitablarımı yox”. Babam isə Şolerə bildiribmiş ki, mənsə sevinirdim ki, sovet hökuməti nə yaxşı qızılları tapmadı, kitabları tapdı. Bildiyiniz kimi, bu kitabda – “27 ildən sonra”da Dağlıq Qarabağ müharibəsindən, Xocalı soyqırımından, erməni vəhşiliyindən də yazılıb.
CƏLALƏDDİN (Qasımov)
Araşdırmaçı-yazar
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR