» » "Bakı Metropoliteni" bu stansiyasını istismara verməyə hazırlaşır

"Bakı Metropoliteni" bu stansiyasını istismara verməyə hazırlaşır

Müəllif: Səma Zərdablı
//
Tarix: 27 fevral 2019
//
Bölmə: Gündəm
  "Bakı Metropoliteni" bu stansiyasını istismara verməyə hazırlaşır



"Bakı Metropoliteni" QSC-nin "Bakmil” stansiyası bu günlərdə əsaslı təmir və yenidənqurma işlərindən sonra istismara veriləcək.
Qafqazpress.az quruma istinadən xəbər verir ki, metronun açıq tipli yeganə stansiyası platforma üzərində qurulan çətirlər sərnişinləri, qurğu və avadanlıqları yağıntıların təsirindən qoruyacaq.
QSC-dən bildirilib ki, Bakı metrosu üçün 30 yeni vaqon alınacaq. Bakı metrosunda vaqon parkının yenilənməsi də son 5 ilin ən böyük nailiyyətlərindəndir. İlk dəfə 2015-ci ildə alınmış müasir tipli vaqonların sayı 25-ə çatdırılıb, əlavə daha 30 yeni vaqon alınmaqla park yeniləşdiriləcək. Qarşıdakı 5 il ərzində bu proses davamlı şəkildə metropolitenin lokomotiv parkını əsaslı şəkildə yenilənəcək.
Həmçinin bildirilib ki, "Bakı Metropoliteni" "Xətai" stansiyası üçün 4 yeni eskalator alıb. Məlumata görə, bu il stansiyanın istismar müddətini başa vurmuş 3 eskalator Almaniya istehsalı olan 4 yeni eskalator ilə əvəzlənəcək. Stansiyanın bütün infrastrukturu tamamilə yenilənəcək.
banner125x125 banner125x125