“Ramil Səfərovun təhlükəsizliyi qorunur”
"Hərbçi Ramil Səfərovun bütün təhlükəsizliyi qorunur".
Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyası (PA) rəhbərinin müavini, PA-nın Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.
PA rəsmisinin sözlərinə görə, Ermənistan tərəfindən müxtəlif mənbələr istədikləri informasiyanı mətbuata gətirirlər: "Bizim onların hamısına reaksiya verməyimizə ehtiyac yoxdur. Ramil Səfərov Azərbaycan vətəndaşıdır, onun bütün təhlükəsizliyi qorunur və düşünürəm ki, ona heç bir təhlükə yoxdur".
Qeyd edək ki, Ermənistan mətbuatında yayılan məlumatlara görə, erməni yazar Aykazn Qaqriyan qondarma "erməni soyqırımı" ilə bağlı yazısında bildirib ki, Ermənistan Prezidenti Serj Sarkisyan Ermənistan Milli Təhlükəsizik Xidmətinin rəhbəri Qorik Akopyana Ramil Səfərovun öldürülməsi ilə bağlı xüsusi tapşırıq verib.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR