» » Azərbaycanda faciə: 16 yaşlı gəlin toydan iki həftə sonra öldü

Azərbaycanda faciə: 16 yaşlı gəlin toydan iki həftə sonra öldü

Müəllif: Səma Zərdablı
//
Tarix: 29 yanvar 2020
//
Bölmə: Hadisə
 Azərbaycanda faciə: 16 yaşlı gəlin toydan iki həftə sonra öldü


Masallı rayonunda erkən nikah faciə ilə başa çatıb.
Yanvarın 29-da Xoşçobanlı kəndində naməlum şəraitdə 16 yaşlı gəlin ölüb.
Əldə etdiyimiz məlumata görə, iki həftə əvvəl Həsənli kənd sakini, 2003-cü il təvəllüdlü Qəmbərova Fatimə Mais qızı Xoşçobanlı kənd sakininə ərə gedib. Yeni evlənən bəyin isə 19 yaşı olub.
Hazırda F.Qəmbərovanın meyiti morqda saxlanılır. Ölüm səbəbi hələlik müəyyən edilməyib.
Qızın yaxın qohumlarının ilkin sorğusu onun ağciyər xəstəliyindən, ehtimal ki, bronxial astmadan əziyyət çəkdiyini göstərib.
Bu erkən nikaha gənclərin qohumlarının müraciət etdiyi Masallı Rayon İcra Hakimiyyətinin icazə verdiyi məlumdur. Bununla belə, qızın sağlamlıq vəziyyəti nəzərə alınmayıb.
Rayon prokurorluğu tərəfindən faktla bağlı araşdırma aparılır.
banner125x125 banner125x125