“Azərenerji”nin əməkdaşı yanıq xəsarəti alıb
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) 37 yaşlı əməkdaşı ağır yanıq xəsarətləri alıb.
Qafqazpress.az Oxu.Az - a istinadla xəbər verir ki, hadisə Gəncə şəhərində baş verib.
“Azərenerji” ASC-nin 1983-cü il təvəllüdlü İlkin Abbasov adlı əməkdaşı elektrik naqillərində yaranan problemi aradan qaldırmağa çalışarkən alışma baş verib.
İ.Abbasov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Onun yanıq xəsarətləri ilə dərhal xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin orta-ağır olduğu bildirilib.
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR