Uşağı ölən zabit: "Balamın cansız bədənini vermirlər"
16:21
Gəncə şəhərində doğuşdan sonra dünyasını dəyişən uşağın atası Fərahim Təhməzov Milli.Az-a danışdı. O bildirdi ki, uşaq doğulandan iki gün sonra dünyasını dəyişdi. Onun sözlərinə görə, hazırda doğuşa qədər olan bütün müayinə sənədlərini xəstəxanadan tələb edirik, ancaq vermirlər: “Doğuşdan qabaq bütün müayinə və müalicə sənədlərini vermişdik xəstəxanaya. Ən böyük məsuliyyət UZİ-də işləyən həkimin üzərinə düşür. Çünki həkim onun rəyi ilə müayinə-mualicə aparıb. UZİ dedi uşaq normaldı, doğulandan sonra isə dedilər ki, göyərib. Az sonra isə ölüm xəbərini bizə dedilər. Ona görə də sənədləri böyük ehtimalla gizlədirlər, sağlam olsaydı, qaytarıb verəcəkdilər özümüzə. İndi də deyilər ki sənəd yoxdu, sənəd hara itə bilər axı”.
F.Təhməzov qeyd etdi ki, uşağın ürək qüsuru ilə doğulduğunu desələr də, bu, həqiqətə uyğun deyil: “Doğuşa qədər müayinələr edilib, bunu müəyyən etmək olardı, 18-ci əsr deyil ki. Ən son ana qədər deyildi ki, körpənin vəziyəti normaldır, təhlükə yoxdu. İndi isə uşağın meyitini aparıb Bakıda ekspertiza etdirmək istəyirəm. İcazə vermirlər, ancaq Gəncəyə apara biləcəyimi deyirlər. Balamın cansız meyitini vermirlər ki, Bakıya aparım. Mən ancaq Bakıya inanıram”.
---------
11:49
Gəncədə yerləşən Abbas Səhhət adına xəstəxananın doğum şöbəsində dünyasını dəyişən uşağın həkimi Vəfa Axundova aznews.az-a danışıb. V.Axundova bildirib ki, 1984-cü il təvəllüdlü Aygün Süleymanovanın iyunun 14-də qeysəriyyə əməliyyatı ilə dünyaya gətirdiyi uşaq normal çəkidə (3 kiloqram) doğulub, amma uşaq ona təhvil veriləndə oksigen balonuna qoşulubmuş: “Uşağın əməliyyatdan sonrakı həkimi mən olmuşam, yaşadığı iki gün müddətində nəzarətimdə olub. Uşaq mənə təhvil veriləndə oksigen balonuna qoşulu vəziyyətdə idi, göyərmişdi. Mən bu barədə Aygün Süleymanovanın yoldaşına və bacısına məlumat vermişəm. Həkim əməliyyatdan sonra elədiyi yardımla bağlı mənə məlumat vermişdi. Mən də ona uyğun olaraq müalicəni davam eləmişəm. Məndə günah yoxdur, nə olubsa mənə qədər olub”.
V.Axundova uşağın atası Fərahim Təhməzovun dediklərilə də razılaşmır. Hətta maraqlıdır ki, V.Axundova xəstəsinə yüksək səviyyədə yardım göstərdiyini iddia edir: “Atası deyir ki, uşağın səhhətindəki problemlə bağlı onlara gec məlumat verilib. Uşağı ayın 15-də təhvil götürən kimi atasına bu barədə məlumat vermişəm. Ayın 15-i bazar günü olsa da, xəstəni götürmüşəm və bildirmişəm ki, bunda göyərmə əlamətləri var. Mən bacardığım yardımı eləmişəm. Həkim çalışır ki, xəstəsinə nə bacarır, eləsin. Bu xəstəyə də bacardığımı yüksək səviyyədə eləmişəm”.
----------
09:03
Gəncədə valideynlər ilk körpələrini qucaqlarına almaq sevincini yaşaya bilməyiblər.
Bərdə rayon, Əmirli kənd sakini Süleymanova Aygün iyunun 14-ndə Gəncə şəhərində Abbas Səhhət adına xəstəxananın doğum evində oğlan uşağı dünyaya gətirib.
A.Süleymanovanın yaxınlarının Milli.Az-a verdikləri məlumata görə, əvvəlcə uşağın normal olduğunu deyən həkimlər 1 gün sonra uşağın göyərdiyini bildiriblər. Gecə saat 23 radələrində isə körpənin öldüyünü ataya bildiriblər.
Ana ilk hamiləlik aylarından ginekoloq Ağcagül Qasımovanın həkim nəzarətinə gəlib. Uşağın atası Eyvazov Fərəhim həkimin məsləhitinə uyğun müalicə kurslarını aparıb. O, Müdafiə Nazirliyinin cəbhə xəttində yerləşən "N" saylı hərbi hissəsində zabit kimi xidmət edir. Uşaq öldükdən sonra həkim müalicəyə gec başlandığını bəhanə edib. Hansı ki, bu zamana qədər bir neçə ay içərisində həkim ananın müalicəsi üçün kifayət qədər maliyyə vəsaitini şəxsən özü alıb. İyunun 14-də qeysəriyyə üsulu ilə dünyaya gələn uşağın ilk gün sağlamlığının qaydasında olduğunu deyiblər.
QafqazPRESS.az
Bənzər xəbərlər:
POPULYAR
SON XƏBƏR
GÜNDƏM
DİGƏR